Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sıra icra başçılarına çatdı...
Sıra icra başçılarına çatdı...13-08-2021, 12:54 |
DİA.AZ: - Nəhayət ki, uzun müddətdən bəridir proqnozlaşdırılan kadr islahatlarına start verilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq bildirir ki, yaxın günlərdə, daha çox ehtimal olunanı 3 rayonun icra hakimiyyətinin başçısının dəyişdirilməsidir. Mənbənin bildirdiyinə görə, Qusar, Astara və Goranboy rayon icra başçıları dəyişdiriləcək. Mənbənin diaaz.space-a spylədikləri: "Bu 3 icra başçısının heç biri yenidən hansısa vəzifəyə təyin olunmayacaq". Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Geri qayıt |