Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Keçmiş baş hərbi komissarın işi çətinə düşüb

Keçmiş baş hərbi komissarın işi çətinə düşüb


14-10-2015, 11:22
Keçmiş baş hərbi komissarın işi çətinə düşüb
DİA.AZ: - 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olan ölkənin sabiq baş hərbi komissarı Əliağa Hüseynovun bu seçkidə mandat alması inandırıcı görünmür. Bu elə DİA.AZ-a rayondan daxil olan məlumatdan da anlaşılır.

Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, Salyanda aparılan sorğular, habelə öyrənilən ictimai rəy də təsdiqləyir ki, hazırda 59 saylı dairədə daha şanslı olanı hakim Yeni Azərbaycan Partiyasının namizədi İlqar Ağabəyovdur.

diaaz.space-a verilən xəbərə görə, Ağabəyovun reytinqini dəyərləndirdikdə də aydın olur ki, Əliağa Hüseynovun durumu çox ağırdır.

Onu da qeyd edək ki, keçmiş baş hərbi komissarın aid olduğu iqtidariçi cinah da yetərincə zəiflədiyindən, bu il 59 saylı dairənin deputatının dəyişməsi gözlənilir.

Geri qayıt