Əsas Səhifə > Güney Press / Manşet > Zakir Fərəcov iclasda yatan məmuru da unutmadı...
Zakir Fərəcov iclasda yatan məmuru da unutmadı...11-09-2015, 17:46 |
![]() DİA.AZ: - Sumqayıt şəhər icra hakimiyyətinin yeni başçısı Zakir Fərəcov daha bir kadr islahatına əl atır. Bu barədə DİA.AZ-a yerli qaynaqlar informasiya verib. Xəbəri verən qaynaq diaaz.space-a bildirir ki, Sumqayıt şəhər Təmizlik Departamentinin müdiri Rahim Mustafayev də yeni başçı ilə işləyə bilməyəcək və onun yerinə kadr müəyyən olunub. Qərarın rəsmən elan olunacağı da deyilir. Qeyd edək ki, Sumqayıt şəhər Təmizlik Departamentinin müdiri Rahim Mustafayev bu günlərdə, daha dəqiqi keçən ayın ilk günü mətbuatın diqqətinə bir başqa səpgidə də gəlmişdi. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətində cari ilin 6 ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən hesabat yığıncağı zamanı Sumqayıt şəhər Təmizlik Departamentinin müdiri Rahim Mustafayev yuxuya getmişdi. Və həmin faktı diaaz.space olaraq diqqətinizə çatdırmışdıq ![]() ![]() İndi isə aydın olanı odur ki, Zakir Fərəcov da yuxulu məmurları sevmir. Geri qayıt |