Əsas Səhifə > Güney Press > Dövlət dili haqqında Qanunun icrasına kimlər nəzarət etməlidir?
Dövlət dili haqqında Qanunun icrasına kimlər nəzarət etməlidir?1-08-2015, 16:39 |
![]() Bu gün Azərbaycan dili və Əlifba günüdür. Hər il avqustun 1-də həmin günün qeyd edilməsi ilə bağlı 2001-ci il avqustun 9-da prezident Heydər Əliyevin imzaladığı 552 nömrəli fərmandan sonra dilimiz haqqında daha bir neçə qanun və fərmanlar imzalandı. Bunlardan ən əsası 2002-ci il sentybrın 30-da prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş Dövlət dili haqqında Qanundur. Təəssüf ki, aramızda bir sıra qanunlar kimi bu sənədin müddəalırını da pozanlar hələ də xeylidir. Öncə həmin qanunun bəzi hissələrini nəzərinizə çatdırırıq: “Maddə 1. Dövlət dilinin hüquqi statusu 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. **** Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi 4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.zərbaycan Respublikası vatəndaşının borcudur. **** Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır. **** Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi 7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. 7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. 7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. **** Maddə 14. Dövlət dilinin əlifbası Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. **** 18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. *** Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dil qaydalarının pozuntularına ictimai şüur və mədəniyyətə daha çox təsir göstərən telekanallarda yer verilməsi acınacaqlı haldır. Paytaxt və bölgələrimizdə müxtəlif mağaza, xidmət və iaşə obyektlərinin adlarında heç bir zərurət olmadan əcnəbi məfhumlar işlədilir. Məsələn, plaza" (saray), center (mərkəz), women (qadın), art (sənət), store (dükan), baby (uşaq) və s. Belə nümunələrin sayı yüzlərlədir. Milli dövlətçiliyinə, qanunlara hörmət edən heç bir ölkədə ana dilinin bu cür ayaqlanmasına yol verilmir. Əcnəbi dillərdə yazılarla yanaşı küçə və prospektlərimizdə elementar dil normalarının, orfoqrafik qaydaların pozulması hallarına da rast gəlinir. Məsələn, "ehtiyat" əvəzinə "ehtiyyat", "sifariş" əvəzinə "sipariş" və s. Yaxud bəzi xidmət və ya məhsulların adları dövlət dilində yox, rus, ya ingilis dilində yazılır: çilingər, əvəzinə "silesar", "dondurma" yerinə "marojna" və s. “Ayaqqabı” sözünün Bərdə rayon bazarında rast gəldiyimiz və fotoda gördüyünüz yazılışı isə heç bir əndazəyə sığmır… Prezident İlham Əliyevin 2013-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan dilinin uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda proqramın məqsədləri siyahısındakı maddələrdən biri də belədir: "...4.1.13. reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi". Eyni zamanda Dövlət Proqramının müxtəlif aspektlərdən icrası üçün cavabdeh dövlət qurumlarının siyahısı və tədbirlərin icra müddəti aydın şəkildə göstərilib. Nəql etdiyimiz problemlə bağlı sözügedən qanunun aşağıdakı müddəalarını nəzərinizə çatdırırıq: "...6.1.5. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması İcraçılar: Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları İcra müddəti: 2013-2014 6.3.8. Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata " keçirilməsinin təmin edilməsi Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr. İcra müddəti -2013-2015” Bu gün paytaxt Bakının, eləcə də digər rayon və şəhərlərimizin küçələrində rast gəlinən dil və əlifba pozuntuları göstərir ki, dövlət başçısının təsdiqlədiyi proqramın icra müddəti bitməsinə baxmayaraq keçirilməsində qüsurlar xeylidir. Hafta.az saytı və “Həftə içi” qəzeti bu mövzuda tənqidi yazılarını davam etdirəcək. Geri qayıt |