Əsas Səhifə > Güney Press > Füzulidə əhalinin içməli suya olan tələbatı yaxşılaşdırılır

Füzulidə əhalinin içməli suya olan tələbatı yaxşılaşdırılır


4-06-2015, 12:30
Füzulidə əhalinin içməli suya olan tələbatı yaxşılaşdırılır
DİA.AZ: - Füzuli rayonunda əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Aşağı Yağlıvənd kəndində yeni bulağın açılış mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərsu ASC-nin Birləşmiş Su-Kanal MMC-nin direktor müavini Vəli Həsənov, rayonun idarə, müəssisə təşkilat rəhbərləri və kənd ictimaiyyəti iştirak etmişdir.

DİA.AZ xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir. Alı Alıyev rayonun yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu sahədə işlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Alı Alıyev demişdir: “Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda genişmiqyaslı işlər həyata keçirilir. Rayonun işğaldan azad olunmuş kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni artezian quyuları qazılır, bulaq və kəhrizlər sakinlərin istifadəsinə verilir. Bu gün rayonun bütün yaşayış məntəqələri keyfiyyətli və təmiz içməli su ilə təmin olunmuşdur”.

Azərsu ASC-nin Birləşmiş Su-Kanal MMC-nin direktor müavini Vəli Həsənov çıxış etmiş regionlarda yaşayan əhalinin içməli su ilə təmin olunması sahəsində görülən işlərdən danışmışdır.

Kənd sakinləri çıxış edərək bildirmişlər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni bulağın istifadəyə verilməsi nəticəsində bu problem həll edilmişdir. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Füzulidə əhalinin içməli suya olan tələbatı yaxşılaşdırılır
Füzulidə əhalinin içməli suya olan tələbatı yaxşılaşdırılır
Füzulidə əhalinin içməli suya olan tələbatı yaxşılaşdırılır

Geri qayıt