Əsas Səhifə > Güney Press / Ana xəbər > İş adamı Nəbi İmanov qardaşı oğlunun ölümü barədə niyə susur?

İş adamı Nəbi İmanov qardaşı oğlunun ölümü barədə niyə susur?


22-04-2015, 15:09
İş adamı Nəbi İmanov qardaşı oğlunun ölümü barədə niyə susur?
Bu ilin yanvar ayından 7-ci mikrorayonda yaşayan 980-ci il təvəllüdlü Emin İmanov özünü odlu silahla güllələyərək intihar etmişdi. Bu hadisə mətbuatdan nə qədər gizli saxlanılsa da yenə də bəzi məqamlara aydınlıq gətirmək mümkün oldu. Xatırladaq ki, intihar edən şəxs sadə vətəndaş deyildi. O Bakıda kifayət qədər nüfuza və mala-mülkə sahib iş adamı "Zəngəzur" şadlıq sarayı sahibi Nəbi İmanovun qardaşı oğlu idi.

Qeyd edək ki, sahibkarın Binəqədi şossesi 59 ünvanında yerləşən "Zəngəzur" şadlıq sarayı, "Zəngəzur" hamamı, dəyirman, zavod, dükanları və digər iaşə obyektləri var. Hadisə baş verəndən sonra ölümün intihar yox digər səbələrdən başvermə ehtimalları ortaya çıxdı. Maraqlıdır ki, intiharın səbəbləri barədə ictimaiyyətə bu günə kimi heç bir açıqlama verilməyib. Amma bəzi məqamlara aydınlıq gətirmək mümkün oldu. Adının gizli qalmasını xahiş edən mənbənin sözlərinə görə, imkanlı bir şəxsin qardaşı oğlunun cavan yaşda canına qəsd etməsi bir qədər təəccüblü görünür. Təbii ki, Emini intihara sürükləyən səbəblər olub. Ümumiyyətlə, onun özünü öldürməsi, yoxsa kim(lər)sə tərəfindən qətlə yetirilməsi ilə bağlı müəmmalar var. Yayılan məlumatlara görə, Emin İmanov özünü "Sayqa" tipli silahdan açdığı atəş nəticəsində öldürüb. Hətta bildirilir ki, intiharda istifadə olunan silah səliqə ilə Eminin meyidinin yanına qoyulub. Bu fakt Eminin özünü öldürməsini bir qədər sual altına alır. Çünki mərhum canına qəsd edibsə, silah səliqəli şəkildə onun yanında qala bilməzdi. Deyilənə görə, Emin İmanovun əmisi Nəbi müəllimə külli miqdarda borcu olub. Ölümündən bir müddət əvvəl isə əmisinə borclu olan Emin sıxıntı, stress keçirməyə başlayıb. Ehtimallara görə, mərhumun ölümünün əsas səbəbi məhz əmisinə olan borcudur. Emin İmanov özünü öldürdüyü gündən bir gün əvvəl qızını dərsə getməyə qoymayıb. Belə çıxır ki, o intihar edəcəyini əvvəldən planlaşdırıb və qızı ilə daha çox vaxt keçirmək istəyib. Qeydə alınmış ölüm işi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Kimi deyir Emin borcu olduğu üçün özünü öldürüb, kimi də onun öldürüldüyünü iddia edir". Mənbənin məlumatında həmçinin qeyd olunur ki, əslən Qərbi Azərbaycandan olan iş adamı Nəbi müəllim bir vaxtlar qardaşları ilə birlikdə Rusiyanın Tümen vilayətində işləyib: "Tümendə qazandığı pulları ilə Bakıda böyük biznes şəbəkəsi yaratmağa nail olub. Emin İmanovun intiharından bir neçə ay keçsə də, hadisənin başvermə səbəbi hələ də qaranlıq olaraq qalır. Digər bir məqam ondan ibarətdir ki, Eminin yaşadığı evin qiyməti 300 min manata yaxın olub və o bu mənzili sataraq problemlərini qismən yüngülləşdirə bilərmiş. Amma o bu şansdan nədənsə istifadə etməyib". Söylənilənlərdən belə nəticəyə gəlmək olar ki, Emin İmanov özünə qəsd edəsi adam deyildi. Yəni deyilənlərə inansaq, o iradəcə və psixoloji cəhətdən çox möhkəm olub. Ölüm hadisəsindən bir neçə gün sonra mərhumun əmisi Nəbi İmanovun yaxın dostlarının birindən 1 milyon dollar borc aldığı bildirilir. Digər bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirik. "Zəngəzur" şadlıq sarayının yaxınlığında yaşayan sakinlər burda baş verənlərdən daimi narahatlıq keçirirlər. Belə ki, adını çəkməyən sakin bildirir ki, hər dəfə toydan sonra böyük atəşfəşanlıq olur: " Hər dəfə toyun sonunda bir qrup şəxs havaya atəş açmağa başlayır. Eşidilən atəş səslərindən deyirlər ki, Zəngəzur mahalında ermənilər vəlvəliyə düşür. Bəlkədə bu onlar üçün bir əyləncə və yaxud şadlıqdır. Amma evdə olan uşaq, qoca, qadın bu atəş səslərindən qorxu, həyacan keçirirlər. Yaxşı olardı ki, əlaqədar qurumlar bu işə əncam çəksinlər.

Qarşı tərəfin fikriniz dinləməyə hazırıq.


Geri qayıt