Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Texnologiya Universitetində şok maliyyə yeyintiləri – Rektora qarşı ittiham
Texnologiya Universitetində şok maliyyə yeyintiləri – Rektora qarşı ittiham7-04-2015, 14:48 |
DİA.AZ: - Redaksiyamıza Gəncə Texnologiya Universitetində baş verən maliyyə pozuntuları ilə bağlı faktların və digər ittihamların yer aldığı məqalə göndərilib. DİA.AZ olaraq həmin materialı təqdim edirik: “Hal-Hazırda Texnologiya Universitetində MALİYYƏ NAZİRLİYİNİN XÜSUSİ komissiyası maliyyə və təsərrüfat şöbəsində araşdırmalar aparır, Fevral ayında Maliyyə Naziri Samir Şərifovun əmri ilə TEXNOLOGİYA UNİVERSİTETİNDƏ araşdırmalara başlansada bu günə kimi araşdırma davam edir. 500 min manatdan çox pul yeyintisi aşkarlanıb. Bu pul yeyintisi daha çox TƏSƏRRÜFAT şöbəsində, aşkarlanıb, Komissiyanın Baş inspektoru və komissiyanın sədri Mayis müəllimin rektora bildirəndə ki iş protokollaşıb korrupsiya şöbəsinə göndəriləcək Rektor bir neçə gün fikirləşdikdən sonra qərara gəlib ki, Mayis müəllimə külli miqdarda rüşvət versin və bu işi yoluna qoysun. Hələlik bu barədə rektor Akif Süleymanov və Maliyyə Nazirinin komissiyasının sədri Mayis müəllim arasında danışıqlar gedir... Diqqətinizə çatdırım ki, Akif Süleymanova bildirəndə ki, Təsərrüfat şöbəsində daha çox pul yeyintisi var, Akif Süleymanov Təsərrüfat şöbəsinin prorektoru Aslan Quliyevin üzərinə ataraq özünü təmizə çıxartmaq istəyib. Rektor Akif Süleymanov Texnologiya Universitetində rüşvəti və korrupsiyanı dözülməz həddə çatdırb. Tələbələrin 30% aylıqdadır hər tələbəni 200-250 manata aylığa buraxılıb. Rektor Akif Süleymanov 2015-ci ilin başlanğıcından, Aprel ayına kimi 20 dən çox rüşvət alaraq universitetə işçi götürüb”. Daha sonra bütün bu iddiaların müəllifi diaaz.space-a yazır: “Diqqətinizə çatdırım ki, 2013-2014 cü illərin İyun-iyul aylarında 50 dən çox işcini azad edən rektor əsassız yerə, onların yerinə rüşvət alaraq digər ixtisası uyğun olmayan şəxsləri işə götürüb. 2015-ci ilin Novruz Bayramında bütün ali məktəblərdə müəllim və texniki işcilərə Novruz sovqatı verilsə də, Texnologiya Universitetində rektoru Akif Süleymanov ancaq özünü düşünüb. Üç aydan artıq olar ki, Texnologiya Universitetində əlavələr verilmir, bu əlavələr digər işcilərin pul hesabına yatırılır külli miqdarda, o şəxslərdə pulu alaraq rektora verirlər bu və digər yollarla Akif Süleymanov bütün ayrılan dövlət vəsaitini bu və ya digər şəkildə mənimsəyir”. Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Davamı var... Geri qayıt |