Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Elmar Vəliyev də «kəmərsıxma» siyasətinə ayaq uydurmağa başlayıb - Yerli sahibkarlara qarşı hücum planı

Elmar Vəliyev də «kəmərsıxma» siyasətinə ayaq uydurmağa başlayıb - Yerli sahibkarlara qarşı hücum planı


26-02-2015, 13:21
Elmar Vəliyev də «kəmərsıxma» siyasətinə ayaq uydurmağa başlayıb - Yerli sahibkarlara qarşı hücum planı
DİA.AZ: - «Rayon icra başçıları üçün «kəmərsıxma siyasəti» daha ciddi problemlər yarada bilər». Buna DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə söyləyib.

Belə ki, xəbəri verən qaynaq yerli rayon icra hakimiyyətlərinin builki xərcləmələrdə qənaətə üstünlük verməli olacaqlarını iddia edir. Mənbənin diaaz.space-a söylədikləri:

«Hətta vəziyyət elə bir həddədir ki, rayonlara bu il nəzərdə tutulan büdcə vəsaitlərindən belə qənaətlə istifadə təlimatı verilib. Bu isə o deməkdir ki, icra başçıları əlavə qaynaqlar tapmaq zorunda qalacaqlar».

Mənbəmizə görə, icra başçılarının «əlavə qaynaq» dedikdə ilk ağıllarına gələni isə yerli sahibkarlar olduğundan deməli, bu il əyalətdəki iş adamları üçün yaxşı nələrinsə vəd olunmadığını bəri başdan söyləmək olar.

Artıq belə bir hərəkətlənmənin indidən müşahidə olunduğunu söyləyən mənbə diaaz.space-a bildirib ki, Azərbaycanın ikinci ən iri şəhəri olan Gəncənin icra başçısı Elmar Vəliyev yerli sahibkarlarla «söhbətə» hazırlaşır.

Mənbə deyir: «Elmar Vəliyev indidən öz siyahısını tutub və hansı sahibkarın boynuna hansı öhdəliyi qoyacağını artıq müəyyən edib. Təbii ki, belə bir davranış heç də sakitcə müşahidə olunmayacaq».

Geri qayıt