Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qazaxda məmurlar pul davasına çıxdılar – Sökülən binaların pullarını kim yeyəcək
Qazaxda məmurlar pul davasına çıxdılar – Sökülən binaların pullarını kim yeyəcək29-01-2015, 14:03 |
DİA.AZ: - “Qazax Rayon Təhsil Şöbəsində şöbə müdiri Əhməd Dərgahquliyevlə baş mühasib Əhməd Əhmədov üz-üzə gəlib”. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlardan daxilolan informasiyada deyilir. Çəlumata görə, rayon təhsilinin biabırçı günə düşməsindən o qədər də narahat olmayan şöbə müdiri daim pul axtarışındadır. Məhz elə davaya səbəb də məsul şəxsin birinin əla, o birinin pis dolanması olub. diaaz.space-a xəbər verən qaynağın iddia etdikləri: “Hər kəs yaxşı bilir ki, idarə, müəssisə və təşkilatlarda müdirlə mühasibin maliyyə pozğunluğu eyni müstəvidədir. Onlardan biri yeyib, o biri yeməyəndə əməlli-başlı ziddiyyət yaranır. Elə Qazax təhsilində də bu cür oxşar hadisə baş verib. Şöbə müdiri Əhməd Dərgahquliyev təhsilə ayrılan xərci, eyni zamanda mədaxil və məxarici tək yeyən adamdır. Onu baş mühasiblə müqayisə etsək, dağlarca aralarındakı fərqi görərik. Neçə illərdi şöbə müdirinin bu özbaşınalığına artıq mühasibin səbri tab gətirmir. Kuliminasiya nöqtəsinə çatan bu günlərdə baş verən ziddiyyətin səbəbi isə rayonun bir neçə kəndlərində yeni tikilmiş məktəb binaları ilə əlaqədar köhnə binaların söküntüsündən əldə olunan gəlirin şöbə müdiri Əhmədin təkbaşına mənimsəməsi olub. Həmin vəsaitdən mühasib Əhmədə bir qab borşun pulunun düşməyəcəyi məlum olanda tərəflər arasında əməlli-başlı “atışma” baş verib. İş o yerə çatıb ki, təhsil şöbəsinin baş mühasibi Əhməd Əhmədov işdən çıxmaq ərizəsini Əhməd Dərgahquliyevin stolunun üstünə atıb. Sonluq isə hələlik məlum deyil”. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |