Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rusiyaya qarşı sanksiyalar Heydər Babayevi də «vurdu» - Keçmiş nazirin şirkəti özünü müflis elan edir
Rusiyaya qarşı sanksiyalar Heydər Babayevi də «vurdu» - Keçmiş nazirin şirkəti özünü müflis elan edir19-01-2015, 15:18 |
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Azərbaycanın iki nüfuzlu oliqarx məmurunun Rusiyadakı biznesləri təhlükə altındadır. Buna səbəb Qərbin Ukrayna torpaqlarının işğalının müqabilində Rusiyaya tətbiq etdiyi sanksiyalardır. Nəticədə bir çox Rusiya şirkətləri kimi, soydaşlarımıza aid Rusiyadakı şirkətlər də sanksiyaların zərbəsini «dadmaqdadır». Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, hazırda vəzifə başında olan məmurlarımızla yanaşı, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə aid olan şirkətlərdən biri də iflas həddindədir. Məlumatı diaaz.space-a verən mənbə iddia edir ki, keçmiş nazirin əmlak satışı ilə məşğul olan şirkətinin müştəriləri əsasən Avropa ölkələrindən olub: «İndi isə qarşılıqlı alış-veriş məhdudlaşdığından Heydər Babayevin şirkəti rəsmən iflas həddindədir. Hətta həmin şirkət bir neçə iri layihəyə də cəlb olunmuşdu ki, bu layihələrdən də geri çəkilməsi gözlənilir». Geri qayıt |