Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şəki bazarı yanıb, yoxsa yandırılıb: 100-ə yaxın zərərçəkən sahibkardan şok iddia

Şəki bazarı yanıb, yoxsa yandırılıb: 100-ə yaxın zərərçəkən sahibkardan şok iddia


13-01-2015, 14:05
Şəki bazarı yanıb, yoxsa yandırılıb: 100-ə yaxın zərərçəkən sahibkardan şok iddia
DİA.AZ: - Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 403 ünvanda yaşayan Yusifli Valeh Nəsib oğlu bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ilə müraciət ünvanlayıb. Qeyd edək ki, Valeh Yusifıi Şəkinin mərkəzi bazarında baş vermiş yanğın zamanı zərərgörən bir qrup sahibkarın nümayəndəsidir. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Mən, Valeh Yusifli 12 dekabr 2014-cü il tarixində 02 fevral 2014-cü ildə Şəkinin mərkəzi bazarında baş vermiş güclü yanğın hadisəsinin peşəkar mütəxəssislər tərəfindən araşdılıması ilə bağlı respublikanın direktiv orqanlarına müraciət etmişdim.

Şəki Rayon Polis İdarəsindən aldığım məktubda qeyd edilir ki, araşdırma zamanı məlum olmuşdur ki, yanğına səbəb bazarda dərzi işləyən Eyvazov Mövlanın səhlənkarlığı nəticəsində ütünü elektrik şəbəkəsindən ayırmaması olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 292.2-ci maddəsinə uyğun olaraq başlanmış cinayət işi Şəki rayon məhkəməsinə göndərilmişdir.”

Bir daha xatırladım ki, 02 fevral 2014-cü il tarixində gecə saat 2-40 radələrində Şəkinin mərkəzi bazarının ”şmotka”adlanan 2000 kv.m ərazisində güclü yanğın baş vermiş və burada ticarətlə məşğul olan 100-ə yaxın sahibkarın əmlakları tamamilə yanmışdır. Maraqlı burasıdır ki, saat 2-51-də FHN-nin Şəki bölməsinə məlumat daxil olan kimi hadisə yerinin 200 metrliyində yerləşən texnika və canlı qüvvə dərhal yanğınla mübarizəyə başlaşmış, eyni zamanda qonşu rayonlardan da 15 yanğınsöndürən avtomobil yanğının ram edilməsinə cəlb edilmişdir. Çox qəribədir ki, həmin gün küləyin olmamasına, qarın yağmasına və bazarın dəmir dam örtüyündə 15 sm qarın olmasına baxmayaraq alovu 5 saat ərzində söndürə bilmişlər. Daha doğrusu, sahibkarların 90% əmlakı tamamilə yanıb məhv olduqdan sonra.

Bizdə olan məlumatlara görə istintaq əvvəlcə Şəki Paylayıcı Elektrik Şəbəkəsinin işçilərini araşdırmaya cəlb etməklə aparsa da, burada hadisənin qısaqapanma və ya transformatorda olan nasazlıq ucbatından olma ehtimalı təsdiqini tapmamışdır. Və son nəticədə hadisənin baş vermə səbəbi kimi məişət ütüsünün işlək və nəzarətsiz qalması versiyası təsdiqlənmişdir. Mən, 12 dekabr 2014-cü il tarixli müraciətimdə hadisənin baş verməsinə səbəb olan məntiqi ardıcıllığı faktlar və sənədlərlə qeyd edib direktiv orqanlardan daha təcrübəli mütəxəssislərin bu işin araşdırılmasına cəlb edilməsini xahiş etmişdim. Bu gün də müraciətimə əlavə olaraq qeyd etmək istəyirəm ki, yanğının baş verdiyi bazarın gündoğar istiqamətinin 30 metrliyində yerləşən iki 5 mərtəbəli yaşayış binasının 3-5-ci mərtəbə sakinlərindən şahid ifadəsi alınsaydı, hadisənin qəsdənmi, yoxsa məişət ütüsünün ucbatından baş verməsi haqqında real nəticə əldə etmək olardı. Həmin binada yaşayan sakinlər qeyd edirlər ki, bazarda yanğın bir anda baş verdi və alov ani olaraq bazarın hər tərəfini bürüdü.” Yəni, Polis İdarəsinə hadisənin canlı şahidlərinin dəvət edilməsi və dindirilməsi kifayət edərdi ki, 10 ay əziyyət çəkib istintaq araşdırması aparıb günahı ütünün üstünə qoymalarına ehtiyac qalmazdı.

Hesab edirik ki, hadisə plan üzrə qəsdən törədilmişdir və bu böyük ictimai təhlükə törədən cinayət hesab olunmalıdır. 100-ə yaxın sahibkar 1.5 milyon manat dəyərində ziyana düşmüşdür. Və heç kim bu zərərin ödənilməsi haqqında düşünmür. Nəticədə qeyri-peşəkarlıqla aparılmış istintaqın nəticəsindən narazı qalmış sahibkarlar bir ictimai baza olaraq qəsdən dövlətdən narazı salınır. Hadisənin əsil səbəbkarları isə öz niyyətlərinə çatmaq üçün vətəndaşları xaosa sürükləyirlər. Hesab edirik ki, hazırda məhkəmə icraatında olan iş materialları qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən prokurorluğun istintaqına qaytarılmalı, araşdırmaya ictimaiyyət nümayəndəlkəri cəlb edilməli və qəsdən törədilmiş cinayətin motivi üzrə hüquqi qiymətin verilməsi üçün Şəki Ağır Cinayətlərə Dair Məhkəməyə göndərilməlidir. Xahiş edirik yuxarıda qeyd etdiklərimizi nəzərə alasınız”.

Bütün maraqlı tərəfləri diaaz.space olaraq dinləməyə hazırıq…

Geri qayıt