Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gəncəlilərin prezidentdən yeni il istəyi: «Bizə yeni icra başçısı yollayın»…

Gəncəlilərin prezidentdən yeni il istəyi: «Bizə yeni icra başçısı yollayın»…


30-12-2014, 13:02
Gəncəlilərin prezidentdən yeni il istəyi: «Bizə yeni  icra başçısı yollayın»…
DİA.AZ: - Redaksiyamıza bir qrup Gəncə sakini adından ilginc bir müraciət daxil olub. Belə ki, DİA.AZ-a məktub yazan gəncəlilər prezident İlham Əliyevdən maraqlı xahişdə bulunublar.

Gəncə sakinlərinin diaaz.space-a daxil olan məktubunda deyilir:

«Cənab prezident. Sizi və ailənizi, həmçinin Sizin timsalınızda bütün Azərbaycan xalqını, Azərbaycanın qeyrətli oğullarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik.

Arzu edirik ki, Sizin adınız qarşıdan gələn 2015-ci ildə Azərbaycan tarixinə silinməz şəkildə həkk olunsun. İşğal olunmuş torpaqlarımız məhz Sizin rəhbərliyiniz altında şanlı ordumuz tərəfindən 2015-ci ildə azad edilsin.

Cənab prezident. Biz qədim Gəncə şəhərinin sakinləriyik. Özünəməxsus ənənələri olan Gəncə camaatı hər zaman etibara, sədaqətə önəm verib. Biz də gəncəlilər olaraq prezidentimizə etibarlı və sədaqətli olduğumuzu hər zaman nümayiş etdirmişik.

Amma maləsəf, son iki dönəmdə Gəncə şəhərinə uğurlu icra başçısı təyin olunmayıb. Bundan əvvəlki icra başçısı Eldar Əzizov Gəncənin bütün tarixi keçmişini məhv etdi, qədim tikililəri yerlə-yeksan etdi və sanki türk şəhəri olan qədim Gəncəyə qənim kəsildi.

İndiki icra başçısı Elmar Vəliyev isə Gəncə camaatının qəsdinə durub. Müxtəlif bəhanələrlə xalqı talamaqla məşğul olan Elmar Vəliyev bütün siyasəti ilə Gəncə camaatını hakimiyyətə qarşı yönəltməyə çalışır. Amma biz gəncəlilər bildiririk ki, bu, onda alınmayacaq. Biz İlham Əliyev siyasətinə inanır və sədaqətliyik.

Sizdən bu yeni ildə tək xahişimiz var: Gəncəyə həqiqətən də Gəncə camaatına və Gəncə şəhərinə can yandıracaq bir icra başçısını təyin edin.

Bəri başdan Sizə təşəkkür edir, bir daha bayramınızı təbrik edirik»…

Geri qayıt