Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağstafa sakinləri prezidentə videomüraciət ünvanladılar
Ağstafa sakinləri prezidentə videomüraciət ünvanladılar8-12-2014, 12:01 |
DİA.AZ: - Ağstafa rayonu Dağkəsəmən kənd sakinləri Sərkərnamazova Bəstinin, Muradov Ələsgərin, Əmirov Oqtayın, Muradov Bəhruzun adından DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Prezidentdən kömək istəyən müraciət müəllifləri yazırlar: "Biz Ağstafa rayon Dağkəsəmən kənd sakinləri çox hörmətli cənab prezidentimiz İlham Əliyevdən xahiş edirik, bizə kömək etsin. Bizim torpaqlarımız Muradov Alik Fuad oğlu tərəfindən əlimizdən alınır. Hara, kimə müraciət ediriksə, şikayətimizə baxan yoxdu. Özünü Qarabağ döyüşçüsü kimi təqdim edərək Qarabağın adına yaraşmayan hərəkətlər edir. Qarabağ döyüşçüsü kimin istəsə torpağını əlindən almalıdırmı? Cənab prezidentimiz! Tək ümidimiz Sizsiniz! Xahiş edirik, müvafiq orqanlara tapşırıq verəsiniz, bu işlə ciddi maraqlansınlarq. Şikayətçilər diaaz.space-a yolldaıqları məktublarına video müraciət də əlavə ediblər. Həmin videomüraciəti təqdim edirik: Geri qayıt |