Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hacı İbrahim Nehrəmlinin icraçısı olduğu «Xəzər Adaları» layihəsi yarımçıq qala bilər
Hacı İbrahim Nehrəmlinin icraçısı olduğu «Xəzər Adaları» layihəsi yarımçıq qala bilər3-12-2014, 14:44 |
DİA.AZ: - «Avesta» Konserninin icraçısı olduğu və bu gün bütün dünyada geniş şəkildə reklamı həyata keçirilən «Khazar İslands» - «Xəzər Adaları» layihəsi yarımçıq qala bilər. Bu barədə DİA.AZ-a məlumatlı dairələrdən informasiya ötürülüb. Xəbəri verən qaynaq bildirir ki, Hacı İbrahim Nehrəmlinin icraçısı olduğu bu layihəyə cəlb olunmuş iki xarici investor şirkət artıq əməkdaşlıq barədə müqaviləni dayandırmağa hazırlaşırlar. Hələlik həmin şirkətlərin adlarını öyrənə bilməsək də, xəbəri verən mənbə iddia edir ki, onlardan biri ərəb şirkətidir və Xəzər Adalarının inşasına yeni olaraq cəlb edilmişdi. Belə bir qərarın verilməsini dünyada neftin qiymətinin ucuzlaşması ilə əlaqələndirən mənbə diaaz.space-a açıqlamasında onu da əlavə edib ki, əgər müqavilələr pozularsa, kifayət qədər ciddi payçı hesab olunan ərəb şirkətinin gedişi Xəzər Adaları layihəsinin gələcəyini belə şübhə altına qoya bilər. Bu iddialarla bağlı əlavə bilgiləri öyrənməyə çalışacağıq və istənilən bir maraqlı dairənin münasibətini də işıqlandırmağa hazırıq… Geri qayıt |