Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hesablama Palatası və Maliyyə Nazirliyi icra başçılarının fəaliyyətini təftiş edəcək

Hesablama Palatası və Maliyyə Nazirliyi icra başçılarının fəaliyyətini təftiş edəcək


11-11-2014, 14:55
Hesablama Palatası və Maliyyə Nazirliyi icra başçılarının fəaliyyətini təftiş edəcək
DİA.AZ: - Rayon icra hakimiyyətlərinin bəzilərində ilin yekunları ilə əlaqədar yoxlama həyata keçiriləcək. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Bilgili qaynağın iddialarına görə, ilin yekunları ilə əlaqədar RİH-lərin hesabatları hazırladığı bir dönəmdə belə bir təftiş qərarının verilməsi heç də təsadüfi deyil.

Mənbənin diaaz.space-a söylədikləri: «Adları «qara siyahı»ya düşən icra başçıları var ki, bu prosesdən, yoxlama dönəmindən heç də istəklərinə uyğun tərzdə çıxmaya bilərlər».

Məlumatı verən qaynaq onu da əlavə edib ki, yoxlamalar Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək: «Gələn həftədən etibarən təftişə başlanılır»…

Geri qayıt