Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Samux rayonu böyük bir təhlükə ilə üz-üzə qalıb - Sahibkarlar Alı Qocayevin əlindən obyektlərini bağlayır

Samux rayonu böyük bir təhlükə ilə üz-üzə qalıb - Sahibkarlar Alı Qocayevin əlindən obyektlərini bağlayır


29-10-2014, 15:54
Samux rayonu böyük bir təhlükə ilə üz-üzə qalıb - Sahibkarlar Alı Qocayevin əlindən obyektlərini bağlayır
DİA.AZ: - Redaksiyamıza daxil olan şikayət məktubunu imzalayan bir qrup Samux sakini rayonun icra hakimiyyətinin başçısı Alı Qocayevdən narazçılıq edirlər.

DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, Alı Qocayevin Samuxa icra başçısı təyin olunmasından sonra bu rayonun sahibkarlarının qara günlərinə də eyni vaxtda start verilib.

Narazı vətəndaşlar (Əlişir Nuriyev, Sahib Xəlilov, İlham Səfərov, Nadir Quliyev, Elşən Ramazanlı və daha 6 nəfər… -red) yazırlar ki, Alı Qocayev Samuxda həyata keçirilən bütün abadlıq işlərini yerli iş adamlarına həvalə edib: «Əvvəlki icra başçısının zamanında əgər, məsələn, büdcədən ayrılan vəsaitin yarısı mənimsənilirdisə, indi vəziyyət daha da acınacaqlıdır.

Görülən bütün işlər, həyata keçirilən bütün abadlıq işləri 100 faiz olaraq yerli sahibkarların büdcəsindən qaynaqlanır».

Artıq Alı Qocayevin əlindən zara gəldiklərini deyən sahibkarlar bildirir ki, Samuxda bu səbəbdən iş görən adam, iş adamı qalmayıb: «Samux Asfalt Beton zavodu fəaliyyətini bu kimi olaylara görə dayandırdı. Zavodun rəhbəri başını götürüb qaçmaq zorunda qaldı. Bu gün Samux rayon mərkəzində fəaliyyət göstərən onlarla obyektin rəhbəri də iş yerini bağlamaq zorunda qalıb. Çünki başçının tələblərini yerinə yetirmək üçün onların fəaliyyətləri yetərli olmur.

Nə qədər pul qazanmalıyıq ki, həm təsərrüfatımızı idarə edək, həm də Alı Qocayevin xərclərini ödəyək:

Ona görə də bu gün Samuxda böyük bir təhlükə gözlənilir: İŞSİZLİK… Bəlkə də Alı Qocayev bunun fərqində deyil. Amma bunun bəlası ümumrespublika səviyyəsində özünü mütləq göstərəcək.

Biz, diaaz.space portalından müraciətimizin işıqlandırılmasını istəyirik. Samux batır… Bizi Alı Qocayevin əlindən xilas edin»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt