Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rusiya Ermənistanı Qarabağda «ağrısız müharibə» planına razı salmaq istəyir
Rusiya Ermənistanı Qarabağda «ağrısız müharibə» planına razı salmaq istəyir20-10-2014, 15:27 |
DİA.AZ: - «Azərbaycan Qarabağ cəbhəsində böyük uğurların astanasındadır. Yaxın günlərdə ciddi olaylar baş verə bilər. Ermənistan çalışır ki, situasiyadan çıxsın. Hətta Sarkisyan İrəvanda öz əleyhinə mitinqlər də təşkil elətdirir. Amma başqa bir variant yoxdur. Gələn il böyük dəyişiklik ili olacaq və İlham Əliyevin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Hər halda, prezident bunu haqq edəcək». Bu ilginc açıqlamanı DİA.AZ-a söyləyən hökumətdəki mənbə bildirir ki, Azərbaycanda keçirilməsi 2015-ci ilə nəzərdə tutulan parlament seçkilərinə qədər rəsmi Bakı Qarabağ probleminin həllində ciddi nailiyyətə əldə etməyi qarşısına məqsəd qoyub. Mənbənin diaaz.space-a söylədikləri: «Azərbaycan tərəfi müharibədən çəkinmir. Ölkənin bütün resursları məhz uzunmüddətli müharibə üçün hesablanıb. Ermənistan isə Azərbaycandan fərqli olaraq savaşa nəinki hazır deyil, hətta qısamüddətli savaş nəticəsində işğal etdiyi torpaqlarla yanaşı, Azərbaycanın tarixi torpaqları olan və bu gün Ermənistan adlanan ərazilərin də böyük hissəsindən geri çəkilə bilər». Mənbə bildirir ki, hazırda Rusiya Azərbaycana təzyiqlər etməyə çalışır: «Mətbuatda elə bir təəssürat yaradılır ki, Azərbaycan Rusiya ilə danışıqlarında Qarabağın işğaldan azad olunması üçün Kremldən dəstək istəyir. Məsələ heç də deyilən müstəvidə deyil. Rusiya Azərbaycanla savaşın baş verməməsi üçün danışıqlar aparır. Rəsmi Bakının Kremllə münasibətlərində heç bir problem yoxdur və ruslar bundan istifadə edərək Azərbaycanı müharibə fikrindən çəkindirməyə, Ermənistanı nisbətən yumşaq təhlükə ilə ovundurmağa çalışırlar. Amma rəsmi Bakı israrlıdır. Və gələn ildən etibarən böyük dəyişikliklərin təməli atılacaq. Bunu yaxşı başa düşən Sarkisyan ermənilərin yaddaşında pis adam kimi qalmaması üçün bəlkə də istefaya gedəcək. Amma o qalarsa, o, gedəcəksə, digər başqası məcöurdur ki, ya Azərbaycanla savaşa girib, böyük itkilərdən sonra təkcə işğal etdikləri yox, həm də digəri ərazilərimizdən geri çəkilsin, ya da Rusiyanın təklif etdiyi «ağrısız müharibə»ya razılaşsın». Mənbəmiz redaksiyamıza açıqlamasında Rusiyanın «ağrısız müharibə» planından da müəyyən detalları redaksiyamıza açıqlayıb ki, bu barədə yaxın vaxtlarda məlumatları təqdim edəcəyik. Bizi izləməkdə davam edin…. Geri qayıt |