Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şəkinin icra başçısı yarım milyon manatlıq yeyintini ört-basdır edə bilmir
Şəkinin icra başçısı yarım milyon manatlıq yeyintini ört-basdır edə bilmir15-10-2014, 16:18 |
DİA.AZ: - Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov böyük çətinliklərlə üz-üzə qalıb. Belə ki, bu ilin iyul ayında prezident İlham Əliyev Şəki rayonuna 3,3 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalamışdı. Sərəncama görə, Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılırdı. DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, bu ilin 9 ayının hesabatının verilməsi zamanı, habelə 2014-cü ilin yekun hesabatının hazırlanması prosesində böyük çətinliklər yaranıb. Mənbənin diaaz.space-a söylədikləri: «Belə ki, Şəki rayonunun yerli maliyyə işçiləri heç cürə büdcə vəsaitinin xərclənməsi ilə bağlı rəqəmləri uyğunlaşdıra bilmirlər. Söhbət təxminən yarım milyon manata yaxın vəsaitin mənimsənilməsinin ört-basdır edilməsindən gedir». Mənbə diaaz.space-a açıqlamasında iddia edir ki, konkret olaraq icra başçısı tərəfindən məhz yol tikintisinin inşası üçün ayrılan vəsaitdən götürülən həmin yarım milyon manatlıq payın «rəsmiləşdirilməsinə», digər dövlət qurumları da heç də maraqlı görünmədiklərindən Elxan Usubovun maliyyəçiləri əməlli-başlı çıxılmaz vəziyyətə düşüblər. Bunun isə icra başçısına baha başa oturacağı heç şübhəsizdir. Hər halda, rəqəmlərdəki uyğunsuzluqlar enində-sonunda «yuxarıların» nəzərlərini cəlb edəcək. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |