Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Müharibə veteranının haqqını bu dəfə Gəncə Apellyasiya Məhkəməsində tapdadılar
Müharibə veteranının haqqını bu dəfə Gəncə Apellyasiya Məhkəməsində tapdadılar13-10-2014, 16:06 |
DİA.AZ: - “Bu gün Gəncə Apellyasiya Məhkəməsinin "möhtərəm" hakimi Zərbəli Zərbəliyev özünün Ali Məhkəmədən və hər kəsdən yüksək olduğunu elan etdi”. Bu sözlər Gəncə Dövlət Universitetinin haqqı tapdanan müəlliminin DİA.AZ-a ünvanladığı məktubunda yer alıb. Daha sonra narazı siyalımız diaaz.space-a yazır: “Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK 2(102)-2727/14 saylı 25.07.2014 tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2014 tarixli 2(104)-319/2014 saylı qətnaməsi ləğv edilb, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdi. 13.10.2014 tarixində möhtərəm hakim Zərbəli Zərbəliyev iddiamı yenə də təmin etmədi. Ən maraqlısı isə odur ki, möhtərəm hakim öz qərarını heç cür izah etmədi və ancaq GDU-nun hüquqşünası Günay Şirinovanın müharibə veteranının əmək haqqı verilməsin sözünə görə belə qətnamə qəbul etdi. İndi mən qətnaməni yazılı şəkildə alana kimi başa düşməyəcəm ki, möhtərəm hakim niyə belə qətnamə qəbul etdi (əslində səbəb aydındır, mənə hələ əvvəllər də demişdilər ki, Gəncə Apellyasiya Məhkəməsinin 600-700 manat "qaydası" var, qohumlarım vasitəsi ilə bu dəfə məndən 1000 manat istəmişdilər). Halbuki hələ işə 1-ci dəfə apellyasiya məhkəməsində baxılarkən hakim və GDU-nun hüquq məsləhətçisi Günay Şirinovanın fırıldaqçılığı barəsində kassasiya şikayətimdə faktlar göstərmişdim. Bundan başqa I instansiya məhkəməsində hakimin ciddi qanun pozuntularına yer verdiyi də göstərilmişdi. Bununla bağlı kassasiya şikayətimdə xahiş etmişdim ki: Hakim Emin Axundov və Azər Bayramovun əməllərində tutduqları müqəddəs vəzifəyə layiq olmayan qərəzlilik və fırıldaqçılıq hallarının olmasını nəzərə alıb, onların əməllərinə Məhkəmə Hüquq Şurası tərəfindən hüquqi qiymət verilməsi tövsiyə olunsun. Ali Məhkəmədə hakim Vəfaddin İbaev kassasiya şikayətimin tam təmin edildiyini elan etsə də, yazılı qərarda tam sözü buraxılmış və hakimlər barəsində Məhkəmə Hüquq Şurasına müraciət olunmamışdır. Kassasiya şikayətimdə yazdığım bir ifadəni yenə təkrar etmək istəyirəm, Sizə də qəribə gəlmirmi ki, nəyə görə bir müharibə veteranını acından öldürmək üçün Gəncə hakimləri bu qədər qanun pozuntusuna yol verirlər. Məhkəmə süründürməçiliyinə görə bankdan kredit götürməli olmuşam və arxayın idim ki, alacağım pulla krediti ödəyə biləcəm. Qatil məmurların müharibə veteranlarını bu yolla intihara sövq etdiklərini bildiyim üçün "möhtərəm" Zərbəli Zərbəliyevin bu bədnam qətnaməsinin mümkün qədər tez ləğv olunmasında mənə kömək etmənizi xahiş edirəm”. Geri qayıt |