Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycan vəhabiləri Həcc biznesindən öz gəlir paylarını alıblar

Azərbaycan vəhabiləri Həcc biznesindən öz gəlir paylarını alıblar


13-10-2014, 14:56
Azərbaycan vəhabiləri Həcc biznesindən öz gəlir paylarını alıblar
DİA.AZ: - Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Hacı Allahşükür Paşazadə mlə bağlı yeni ilginc ittiham səslənib.xatırladaq ki, zaman-zaman dövrü mətbuatda Paşazadənin vəhabilərlə sıcaq münasibətlərdə olmasını sübutlayan dəlillər təqdim olunsa da, QMİ tərəfindən buk imi hallarda yalnız bir reaksiya verilib: «Bütün bunlar qərəzli kampaniyanın nəticəsidir».

Amma görünəni odur ki, dəlillər qarşısında QMİ-nin başqa bir çıxış yolu qalmır. Hər halda, günü bu günə kimi ortada əsas qaranlıq məqamlardan birinə - ölkədəki dini turizm biznesinə - Həcc ziyarətindən gələn gəlirlərlə bağlı məsələyə hansısa formada bir aydınlıq gətirilməyib.

DİA.AZ xatırladır ki, hələ bir neçə il əvvəlindən dini ziyarətləri təşkil edən digər şirkətlər məhz QMİ-nin iradəsinə uyğun olaraq bu gəlirli biznes sahəsindən uzaqlaşdırıldı. Və bu zaman təkcə rəsmi Bakının prosesə müdaxiləsi həlleidici amil kimi çıxış etmədi. Eyni zamanda Həcc biznesinə dünya üzərə nəzarət edən Səudiyyə Ərəbistanının özü də Paşazadənin yanında dayandı. Nəticədə onlarla şirkət dini turizm biznesindən geri çəkildi.

Və bu gün kifayət qədər gəlirli istiqamət hesab olunan bu sahəyə Allahşükür Paşazadə nəzarət edir və Şeyx cənabları kimsə qarşısında bu günə kimi Həcc ziyarəti ilə bağlı hansısa formada hesabat verməyib. Yəni daxil olan gəlirlər, əldə edilən qazanc hansı ünvanlara yönəldilir. Bundan əlavə, Səudiyyə Əbəristanından hər il Azərbaycana Həcc ziyarətindən sonra göndərilən qurban ətinin aqibəti necə olur?

Bununla bağlı DİA.AZ-a ilginc iddialarını yollayan məlumatlı mənbə iddia edir ki, bu il əvvəlki illərdən ciddi şəkildə fərqlənib. Belə ki, bu Həcc ziyarəti zamanı QMİ-yə daxil olmalı olan qazancın böyük bir hissəsi Azərbaycandakı vəhabilərə göndərilib. Mənbə iddia edir ki, ilk başdan buna QMİ tərəfindən etiraz edilib. Lakin sonradan işə Ərəbistandan qarışıblar və Şeyx əhayətdə razılaşmalı olub. Xatırlayırsınızsa, Azərbaycandan gedən zəvvarlara ziyarət zamanı süni problemlərin yaradıldığı haqda yerli mətbuatda müəyyən informasiyalar da yer almışdı ki, məlumatlı mənbə diaaz.space-a xəbərində bunu məhz Səudiyyə rəhbərliyi ilə QMİ arasındakı toqquşma ilə izah edir.

Mənbə bildirir ki, builki Həcc ziyarəti biznesindən Azərbaycan vəhabilərinə yarım milyon ABŞ dollarına qədər pul ötürülüb.

Bu vəsaitin nələrə xərcləndiyini, xərclənəcəyini isə təxmin etmək o qədər də çətin deyil…

Geri qayıt