Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycanda icra başçısının yaxın qohumunu kürdlər qətlə yetirdi

Azərbaycanda icra başçısının yaxın qohumunu kürdlər qətlə yetirdi


10-10-2014, 15:02
Azərbaycanda icra başçısının yaxın qohumunu kürdlər qətlə yetirdi
DİA.AZ: - «Azərbaycanda icra başçılarından birinin yaxın qohumu Suriyada qətlə yetirilib». Bu şok iddia redaksiyamıza daxil olan məlumatda yer alıb. DİA.AZ-ın elektron ünvanına göndərilən xəbərdə bildirilir ki, icra başçısının qohumu illərdir ki, vəhabi təriqətinin üzvü olub və dörd ay əvvəl vəhabilərə qoşularaq Suriyaya döüşməyə gedib.

Mənbə diaaz.space-a bildirir ki, artıq həmin icra başçısının da qohumunun Suriyada öldürülməsindən xəbəri var: «Başçının yaxını Kobanidə kürdlərlə döyüşdə öldürülüb. Yaxın qohumu olduğundan icra başçısı meyitin Azərbaycana gətirilməsi üçün hərəkətə də keçib. Bu məqsədlə Türkiyəyə adam göndərilib».

Onu da bildirək ki, redaksiyamıza göndərilən məlumatda həmin icra başçısının kimliyi açıqlansa da, bu barədə əlimizdə dəlil-sübut olmadığından dolğun bilgiləri ictimailəşdirmirik.

Geri qayıt