Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rəqib cinah Ziya Məmmədova qarşı həlledici zərbəsini hazırlayır - Aylardır davam edən prosesə son nöqtəni Milli Məclis qoyacaq

Rəqib cinah Ziya Məmmədova qarşı həlledici zərbəsini hazırlayır - Aylardır davam edən prosesə son nöqtəni Milli Məclis qoyacaq


30-09-2014, 13:56
Rəqib cinah Ziya Məmmədova qarşı həlledici zərbəsini hazırlayır - Aylardır davam edən prosesə son nöqtəni Milli Məclis qoyacaq
DİA.AZ: - «Ziya Məmmədov təkcə nəqliyyat naziri postundan alınmayacaq, ona qarşı cinayət işi də açıla bilər». Bu şok məlumatı DİA.AZ-a verən bilgili qaynaq iddia edir ki, NN şefinin «vurulmasına» bir neçə ay əvvəl başlanılsa da, həlleidici zərbəyə hələ çox var.

Mənbənin diaaz.space-a söylədikləri: «Ziya Məmmədov da iqtidardaxili kurallarını pozan birisi kimi diqqətə gəlir. Və elə buna görə də bu gün onun arxasında «güclü əl» dayanmır. NN şefi mövqelərini daha çox inersiya ilə müdafiə etdiyindən rəqib cinahın həlleidici zərbələri ona təkcə vəzifə itkisi ilə başa gəlməyəcək, həm də özü ilə yanaşı, yaxınlarını belə həbsə ata biləcək bir situasiyanı yetişdirə bilər».

Mənbə bildirir ki, yaxın günlərdə Ziya Məmmədova qarşı elə bir dəlil açıqlanacaq ki, bu, nazirlə bağlı Milli Məclisdə müzakirələrə şərait yaradacaq: «Bununla da məsələ bitmiş olacaq»…

Geri qayıt