Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nazim Veysov və daha bir neçə icra başçısı vəzifələrini itirəcək
Nazim Veysov və daha bir neçə icra başçısı vəzifələrini itirəcək19-09-2014, 14:51 |
DİA.AZ: - Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov yaxın günlərdə vəzifəsindən alınacaq. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, Nazim Veysovla bağlı qərar artıq verilib. Məlumatı verən mənbə bildirir ki, vergilər naziri Fazil Məmmədovun himayəsində olan NazimVeysov iqtidardaxili çəkişmələrin fonunda vəzifəsini itirəcək. diaaz.space-a daxil olan məlumata görə, Şəmkirə keçmiş millət vəkillərindən birinin təyin olunması gözlənilir. Onu da bildirək ki, yaxın günlərdə bir neçə rayonun icra hakimiyyətinin başçısının dəyişdiriləcəyi xəbəri yayılıb. Geri qayıt |