Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rövnəq Abdullayevin mövqeləri zəiflədiyindən özünə çətir axtarışına çıxıb
Rövnəq Abdullayevin mövqeləri zəiflədiyindən özünə çətir axtarışına çıxıb28-08-2014, 14:47 |
DİA.AZ: - Dövlət Neft Şirkətinin rəhbəri postunda dəyişiklik olacağını hələ xeyli əvvəlindən məlumat vermişdik və hətta Rövnəq Abdullayevin yerinə təyin ediləcək kadrın kimliyi ilə bağlı da müəyyən bilgiləri diqqətinizə çatdırmışdıq. Bu arada DİA.AZ-a yeni informasiyalar daxil olub. Bilgili mənbələrin redaksiyamıza ötürdüyü xəbərə görə, bu gün həqiqətən də mövqeləri kifayət qədər oynaq olan ARDNŞ şefi öz postunda qala bilməsi üçün iqtidar daxilindəki əsas güc mərkəzlərində özünə himayədar axtarışına çıxıb. Halbuki, dünənə qədər Rövnəq Abdullayevin bütün qruplaşmalardan kənarda qaldığını söyləyən bilgili qaynaq diaaz.space-a açıqlamasında iddia edir ki, bununla da ARDNŞ şefi özünü daha da çətin duruma salmış olur: «Rövnəq Abdullayev bununla da vəziyyətini daha da kritikləşdirib. Hər halda, kiminsə çətiri altına girməsi ona qarşı cəbhə genişlənməsinə də gətirib çıxaracaq». Qeyd edək ki, Rövnəq Abdullayevin prezidentin mühafizə idarəsinin rəisi Bəylər Əyyubovdan dəstək istədiyi də iddia olunur… diaaz.space-ın bilgisinə görə, Rövnəq Abdullayev bu yaxınlarda vəzifəsindən alınacaq. Geri qayıt |