Əsas Səhifə > Güney Press / Şou-biznes > Azərbaycanlı aktrisa: "Onların bu sənətdə yeri yoxdur"
Azərbaycanlı aktrisa: "Onların bu sənətdə yeri yoxdur"14-08-2014, 10:31 |
![]() DİA.AZ əməkdar artist Nahidə Orucovanın Milli.Az-a müsahibəsini təqdim edir: -​ “Sənət küləyi” sizi səhnəyə qəflətən atdı, yoxsa?.. -​ Bu sənətə Şəfiqə Məmmədovaya olan sevgimin nəticəsində gəlmişəm. O, olmasa idi, bəlkə də, bu sənətdə olmazdım. -​ Səhnəyə gəldiyiniz vaxtdan bu yana nə qədər zaman ötüb? -​ Artıq 35 ildi ki, sənətdəyəm. -​ İllərin təcrübəsi sizə nəyi göstərdi? -​ Həddindən artıq çox haqsızlıqlarla üzləşdim. -​ Kimdən gördüyünüz haqsızlıq sizi daha çox “yandırıb”? -​ Ümumiyyətlə, istedadlı insanlara qarşı olan münasibət məni “yandırıb-yaxır”. Teatra, kinoya qarşı elə münasibət göstərirlər ki, elə bil, bu sənət heç lazım deyil. Müğənnilərə daha çox diqqət var, nəinki bizə. -​ Nə vaxtdan bəri diqqət mərkəzinən kənarda qaldığınızı anladınız? -​ Sənətə gəldiyim gündən... -​ Hal-hazırda ailəlisiniz? -​ Bir qızım var, artıq iyirmi beş yaşına çatıb. -​ Həyat yoldaşınızdan ayrılmısınız? -​ Bəli, çoxdan ayrılmışıq. -​ Səbəb nə idi? -​ Vaxtında məni çox qısqanırdı, ona görə də ayrılmaq qərarına gəldik. -​ Deməli, sırf sənətinizə görə ayrıldınız... -​ Bəli, ancaq onu da deyim ki, o, özü də sənət adamı idi. -​ Ayrılıq təklifi birinci sizdən gəldi, yoxsa ondan? -​ Eyni vaxtda bu qərara gəldik. -​ Bu qərarın peşmançılığını çəkmisiniz? -​ Çox peçmançılıq yaşamışam, amma artıq gecdir. Nəyisə dəyişmək olmaz. -​ Ayrıldıqdan sonra sizi axtarıb? -​ Bizim indiyə qədər dostluq münasibətimiz var. Ortada qızım var, ona atası baxır. -​ Boşanandan sonra niyə ailə qurmaq istəmədiniz? -​ Çünki bütövlükdə özümü sənətə verdim. -​ Amma dəyəri olmadı, elədir?.. -​ Elədir, bax, elə ona görə də “yanıb-yaxılıram”. -​ Sizi sənətdə “kölgə”də saxlayan kimlərdir? Gənc aktrisalar, yoxsa rejissorlar? -​ Gənclərə həmişə dəstək olmağa çalışmışam. Rejissor isə yox dərəcəsindədir, demək olar ki. Mən özüm korifey, peşəkar müəllimlər görüb, onlardan dərs almışam. Təməlim möhkəm olub. -​ İndi sənətdə kimlərə yer yoxdur, sizcə? -​ Bəzi gənclər sənəti başqa cür anlayıb qəbul edirlər. Məncə, onların bu sənətdə yeri yoxdur. -​ Məsələn, sizinlə onların düşüncə tərzi arasında nə kimi fərqlər var? -​ Çoxdur. Hansı birini deyim ki?.. -​ Bu yaşınızda özünüzə nəyi yaraşdırmırsınız? -​ Haqsızlığı, bir də yalanı. -​ İndi nəyə ehtiyac duyursunuz? -​ Təmiz münasibətlərə çox ehtiyacım var. -​ Bekar olnada başınızı nə ilə qatırsınız? -​ Dincəlirəm, musiqi dinləyirəm. Əvvəllər mütaliə edirdim, ancaq indi gözlərim zəifləyib. -​ Bu gün Nahidə Orucova sevilir, yoxsa, sadəcə olaraq, yaddan çıxmayıb? -​ Onu tamaşaçılar daha yaxşı bilər. -​ Sizin fikrinizcə... -​ Əgər məni tanıyırlarsa, yəqin ki, sevirlər. -​ Sizə nə nəsib olmadı? -​ Bir çox obrazlar və rollar. Bir də ki, valideynlərimin mənim uğurlarımı görə bilməməkləri mənə çox təsir edir. İkisini də çox erkən yaşımda itirmişəm. Geri qayıt |