Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qərb Azərbaycanın oliqarx-məmurlarının bank hesablarına əl qoya bilər
Qərb Azərbaycanın oliqarx-məmurlarının bank hesablarına əl qoya bilər25-07-2014, 14:49 |
DİA.AZ: - «Gürcüstanın və eyni gündə Moldovanın Avropa Birliyi ilə assosasiya sazişi imzalaması, Azərbaycanın isə bu prosesdən kənarda qalması heç də uğurlu hadisə kimi qəbul olunmamalıdır». Bu sözləri DİA.AZ-a diplomatik mənbələr ötürüb. Qaynaq iddia edir ki, bu gün rəsmi Bakıya qarşı ciddi təzyiqlər var: «Təbii ki, dünnə qədər Azərbaycanı söyən, Azərbaycanın düşməni, ermənilərinsə dostu kimi tanınan Vladimir Volfoviç Jirinovski Azərbaycanı tərifləməlidir. Çünki rəsmi Bakı demək olar ki, heç nəyin müqabilində - Azərbaycanın bir dövlət olaraq heç bir divident əldə etmədiyi şəraitdə Kremlə eyni mövqedə dayanmağa üstünlük verib». Mənbə iddia edir ki, Rusiyadan Azərbaycana hətta Qarabağ münaqişəsinin həllində dəstək vədi belə verilməyib: «Rəsmi Bakı yalnız öz mövqelərini qoruya bilməsi üçün Rusiyanın maraqlarına uymaq qərarını verib. Doğrudur, biz mövqecə Qərbin yanında görünürük, amma əməlcə bu gün rəsmi Bakı Rusiya ilə eyni səfdə dayanır ki, bunun də fəsadları ciddi ola bilər». Mənbə diaaz.space-a bildirir ki, yaxın günlərdə Azərbaycana qarşı Qərbin təzyiqləri daha da gücləəcək: «Çünki qəti mövqe qoymaq zamanıdır. Əgər rəsmi Bakı çox ciddi tərəfdaşlıq layihələrində ortaq olduğu Qərbə siyasi baxımdan da yaxınlaşmazsa, təzyiqlər daha güclü formada özünü iqtisadi müstəvidə hiss etdirəcək. Hətta ola bilsin ki, hansısa məmurlarımızın bank hesablarına həbs qoyulsun. Bir növ biz Belorusiya yolunu seçmiş kimi görünürük»… Geri qayıt |