Əsas Səhifə > Güney Press > "Azəriqaz", "Azərsu" və “Bakıelektrikşəbəkə” məhkəmədə cavab verməli olacaq

"Azəriqaz", "Azərsu" və “Bakıelektrikşəbəkə” məhkəmədə cavab verməli olacaq


24-06-2014, 17:32
"Azəriqaz", "Azərsu" və “Bakıelektrikşəbəkə” məhkəmədə cavab verməli olacaq
Azərbaycanda dövlət şirkətləri məhkəməyə verilib. Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Belə ki vətəndaş Gülnarə Hüseynova “Azərsu” ASC-ni məhkəməyə verib. O, ona vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəməyə verilən digər qurum isə Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-dir.

”Azəriqaz”-dan əsassız hesablanmış borcun silinməsi tələb olunur.

Bundan başqa, “Bakıelektrikşəbəkə” və eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi də məhkəmə qarşısında cavab verəcəklər.

Geri qayıt