Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səlim Müslümovun Qubadakı adamı vətəndaşın haqqını necə yeyir?
Səlim Müslümovun Qubadakı adamı vətəndaşın haqqını necə yeyir?18-06-2014, 13:00 |
DİA.AZ: - Quba rayonu Qonaqkənd qəsəbəsində yaşayan Rəna Tarverdiyevanın şikayəti də rayon Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qeyd olunan rayondakı şöbəsinin yarıtmaz fəaliyyətindəndir. Şikayətçi tərəfindən redaksiyamıza təqdim olunmuş sənədlərdən də məlum olur ki, Rəna xanımın himayəsində hal-hazırda dördü 18 yaşından kiçik olmaqla beş nəfərdən ibarət ailə üzvü vardır. DİA.AZ-ın məlumatına görə, həmçinin Quba RİH-nin Qonaqkənd qəsəbə nümayəndəsi tərəfindən imzalanaraq, ƏSMM-nə təqdim edilmək üçün verilmiş arayışda göstərilir ki, R.Tarıverdiyeva öz ailəsi ilə birgə 2000-ci ildən indiyədək başqasına məxsus olan evdə yaşayır. Təbii ki, belə bir vəziyyətdə bu ananın bütün ümidləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə dövlətdən almalı olduğu yardım və digər imtiyazlara yönəlmişdir. Təqdim olunan sənədlərdən məlum olur ki, R.Tarverdiyeva bu yardımları ala bilmək üçün dəfələrlə rayon ƏSMM-nə və eləcə də birbaşa nazirliyə müraciətlər etmişdir. Təkcə sifarişli məktub qəbzlərinin sayı onlarcadır. Lakin bütün bunların müqabilində Tarverdiyevlər ailəsinin indiyədək ala bildikləri yardım yalnız 2010-cu ilin mart ayından 2011-ci ilin fevral ayınadək aldıqları, ayda 85 manat olub. Rəna xanımın Quba rayon ƏSMM-nə və şəxsən Vüsal Hüseynova bundan sonra ünvanladığı bütün müraciətlər isə bürokratik əngəllər divarına çırpılaraq geri qayıdıb. Qeyd edək ki, Vüsal Hüseynovun rəhbərlik etdiyi ƏSMM işində müşahidə olunan ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə analoji qurumlar arasında xüsusilə seçilən idarələr sırasındadır. diaaz.space-a daxil olan məlumatlarda iddia olunur ki, plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış məlum korrupsiya üsulu, yəni kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması indinin özündə də Vüsal Hüseynov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Quba ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |