Əsas Səhifə > Güney Press / Üst manşet > Keçmiş ABU rektorunu kimlər himayə edir?
Keçmiş ABU rektorunu kimlər himayə edir?18-06-2014, 10:18 |
![]() Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Elşad Abdullayevin adamlarının əhatəsində qalıb. Vətəninfo.az-ın elektron ünvanına davamlı olaraq adını açıqlamayan mənbə Binəqədi rayon İH-də şöbə müdiri vəsifəsini,eyni zamanda YAP-nın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov, Binəqədi rayon DSK-nın sədri Həsən Bayramov və DSK sədrinin oğlu, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramovla bağlı iddialar dolu məlumatlar göndərməkdədir. Dəfələrlə mənbənin məlumatları ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan etsək də, hələ də Ramiz Göyüşov, Həsən Bayramov və oğlu Qüdsi Bayramov cavab verməyi özlərinə sığışdırmırlar. Adını açıqlamayan mənbə isə durmadan bu üç şəxslə bağlı ardı-arası kəsilmədən məlumatlar göndərməkdədir. Mənbənin son göndərdiyi məlumatda iddia edilir ki, Ramiz Göyüşov, Həsən Bayramovu Elşad Abdullayevlə təkcə biznes əlaqələri birləşdirmir. Eyni zamanda bu şəxslər arasında müəyyən qohumluq bağları da mövcud imiş. Mənbənin məlumatına görə, Elşad Abdullayevin qaynatası Hüseyn Əhmədov eyni zamanda Həsən Bayramovun doğmaca dayısdır. Yəni Elşad Abdullayev Həsən Bayramovun dayısının kürəkənidir. Mənbənin elektron ünvanımıza göndərdiyi məlumatda o da vurğulanır ki, Elşad Abdullayev Binəqədi rayon İH-nin şöbə müdiri, eyni zamanda hakim partiyanın rayon üzrə sədri Ramiz Göyüşovla kirvədir. İddia edilir ki, Elşad Abdullayevin bacısı oğlu Araz Mürsəliyevin kirvəsi məhz Ramiz Göyüşovdu. Qabil Qafarovla da Ramiz Göyüşovun qardaşı qohumluq əlaqələrinə malikdilər. Adını açıqlamayan mənbənin elektron ünvanımıza göndərdiyi məlumatda bildirilir ki, Binəqədi rayon İH-nin başçısı Xaləddin İsgəndərov və digər aidiyyatı orqanlar adları çəkilən şəxslər arasında qohumluq əlaqələrindən xəbərsizdilər. Mənbənin iddiasına görə, əgər müvafiq orqanlar, eyni zamanda da İH-nin başçısı Xaləddinİsgəndərov bu hallardan xəbərdar olmuş olsaydı, heç bir zaman onlar razı ola bilməzdilər ki, dövlətə, hakimiyyətə və Azərbaycanın imicinə zərbə vurmaqda davam edən Elşad Abdullayevin adamları müvafiq vəzifələrdə qalsınlar. Redaksiyadan: Bir daha bəyan edirik ki, bu iddialar dolu məlumatlar elektron ünvanımıza adını açıqlamayan mənbə tərəfindən göndərilib. İddialara qarşı əks tərəfin də mövqeyini bildirməsi üçün şərait yaratmağa hazırıq. Geri qayıt |