Əsas Səhifə > Güney Press > Paşinyan dediyini etdi
Paşinyan dediyini etdiBu gün, 17:50 |
|
Ermənistan hökuməti keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. APA xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Materiallar hökumətin rəsmi saytında yerləşdirilib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var. Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini demişdi. Politoloq Qabil Hüseynli Musavat.com-a şərhində bildirib ki, Nikol Paşinyan bu yaxınlarda verdiyi vədə əməl edir: “Paşinyan keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlar sənədlərini ATƏT-in Minsk qrupu de-yure ləğv edildikdən sonra dərc etdirəcəyini bildirmişdi. Dekabrın 1-də ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu. Ermənistan baş nazirinin cəmi bir gün sonra sözügedən sənədləri dərc etdirməsi ilk növbədə bununla bağlıdır. ATƏT-in Minsk qrupu de-yure ləğv edildikdən sonra bu sənədlərin dərc edilməsi üçün mənəvi və siyasi maneə aradan qalxır. Artıq kimsə Paşinyana buna görə irad bildirə bilməz. Eyni zamanda Nikol Paşinyan həmin sənədləri dərc etdirməklə revanşist keçmiş prezident Serj Sarkisyanı Ermənistan xalqının gözündən daha da salmaq, ona qarşı xalqda qəzəb, nifrət yaratmaq istəyir. Paşinyan bu niyyətini özü də dolayısı ilə bu yaxınlarda ifadə etmişdi. O demişdi ki, əgər Sarkisyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısaydı və ətraf rayonları Azərbaycana qaytarsaydı, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən qaçmaq olardı. Paşinyan 2018-2019-cu illərdə bunu etməməklə özünün də səhvə yol verdiyini etiraf edib. İndi ermənilər danışıqlarla bağlı sənədlərlə tanış olanda zamanında Serj Sarkisyanın necə böyük səhvlərə yol verdiyini və nəticədə Ermənistanın acı məğlubiyyətinə yol açdığını görəcəklər. Görəcəklər ki, Sarkisyanın mənasız dirəniş göstərməsi, irəli sürülən həll variantlarından heç birinə razılıq verməməsi, işğalçılıq mahiyyətindən irəli gələn maksimalist mövqedən bir addım da olsun geri çəkilməməsi Ermənistanı hansı ağır məğlubiyyətə sürüklədi”. Geri qayıt |