Əsas Səhifə > Güney Press > Azərbaycanda bu qurum ləğv edilə bilər
Azərbaycanda bu qurum ləğv edilə bilərBu gün, 17:18 |
|
Dekabrın 1-də Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi müzakirələrə səbəb olub. Bundan əvvəl mayın 1-də Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TƏBİB) ləğv edildi, tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verildi. Bu kontekstdə bir sıra suallar meydana gəlib. Naxçıvanda səhiyyə sahəsində nə baş verir? Naxçıvan nümunəsi effekt versə, bu addımlar ölkə üzrə də mərhələli şəkildə tətbiq edilə bilərmi? Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Naxçıvan həmişə Azərbaycan üçün bir “laboratoriya” rolu oynayıb: “Adətən bir sıra məsələlər əvvəl Naxçıvanda sınaq edilir, daha sonra bütün ölkə üzrə tətbiq olunur. Hətta sovet dövründə mərkəzi hakimiyyətdə mühüm posta gətirilməsi gözlənilən bütün kadrlar əvvəl Naxçıvanda təcrübə toplayırdılar. İndi bu ənənə qalmasa da, hər halda, yeni siyasi tendensiyalar, bəzən qanunlar yenə əvvəlcə burada sınaqdan keçirilir. Naxçıvanda TƏBİB-in ləğv edilib səlahiyyətlərinin yenidən Səhiyyə Nazirliyinə qaytarılması da təsadüfi deyil”.
Heydər Oğuz Ekspert hesab edir ki, TƏBİB artıq özünü doğrultmayıb: “Bəzən bu qurum Səhiyyə Nazirliyi ilə eyni funksiyanı yerinə yetirir. Bəzən isə ən yaxşı halda “səhiyyə arabasının” 5-ci təkəri kimi fəaliyyət göstərir. Odur ki, ya TƏBİB, ya da Səhiyyə Nazirliyi ləğv olunaraq səlahiyyətləri bir qurumda birləşdirilməli idi. Görünür, mərkəzi hakimiyyət nazirliyin saxlanılmasını daha məqsədəuyğun bilib. Yəqin ki, bu yanaşma paytaxtda da tətbiq olunacaq”. Geri qayıt |