Əsas Səhifə > Güney Press > Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçır
Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçırBu gün, 17:15 |
|
Ermənistan hökumətinin rəsmi saytı keçmiş Qarabağ məsələsi ilə bağlı açıqlanan əsas sənədlər sayı (13-dür) və onların mahiyyətinə dair geniş təhlil yayıb. Bu sənədlər Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatına uyğun olaraq, dekabrın 2-də tarixində yayımlanıb. Sənədlər paketi danışıqlar prosesinin tam məntiqini göstərmək üçün yayımlanıb. Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat verib. Ermənistan hökumətinin təhlilində deyilir: “Yayımlanan sənədlər göstərir ki, Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı onilliklər ərzində miflər mövcud olub. Bu miflər “Qarabağ Hərəkatı”ndan hakimiyyətə gəlmiş siyasi elita (Robert Köçəryan-Serj Sərkisyan tandemi) tərəfindən yaradılıb. Miflər onların hakimiyyətə gəlməsi və qalmasını əsaslandırmaq üçün formalaşdırılıb və zamanla cəmiyyətin düşüncə tərzinə çevrilib. Bu tabular siyasi təkrarçılıq üçün istifadə olunub və hər təkrarçılıqdan sonra daha da möhkəmlənib, cəmiyyətə “mütləq həqiqət” kimi təqdim olunub”. Analizdə qeyd olunur ki, ilk dövrdən etibarən beynəlxalq rəy “Qarabağ Hərəkatı”nın mövqeyinə zidd olub. Vurğulanır ki, danışıqlarda heç vaxt əsas mövzu “Qarabağın müstəqilliyi” və ya “Ermənistanla birləşmə” olmayıb. “Status” müzakirə edilsə də, bunun yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində olduğu bildirilir. Bu baxımdan, Azərbaycan liderləri Heydər Əliyev və İlham Əliyevin dəyişməz prinsip və güzəştsiz mövqelərinə diqqət çəkilir. “Bunlar Ermənistanda “öz müqəddəratını təyinetmə” anlayışının mifləşdirildiyini göstərir. “Qarabağın öz müqəddəratını təyinetmə hüququ” onun Azərbaycan daxilində muxtariyyət qazanması demək idi, müstəqillik yox”, - təhlildə qeyd olunur. Ermənistan hökuməti bəyan edir ki, “Qarabağın statusu”nu Azərbaycanın razılığı olmadan müəyyən etmək mümkün deyildi. Azərbaycan da buna heç vaxt razılıq verməyib. “Referendum ideyası da belə tərtib olunmuşdu ki, ona yalnız Qarabağda yaşayan ermənilər deyil, bütün Azərbaycan vətəndaşları qatılmalı idi. Bu isə de-fakto referendumun təkcə Qarabağda deyil, bütün Azərbaycanda keçirilməsi demək idi”, - təhlildə deyilir. Təhlilə görə, ən diqqətçəkən sənəd Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Rusiya Prezidenti Vladimir Putinə vəziyyəti ümumiləşdirən məktubudur. Ermənistanın indiki hökumətinin fikrincə, məktubdan belə nəticələr çıxır: “Sərkisyanın yüksək ehtimal verdiyi hərbi əməliyyatların yenidən başlaması; Ermənistan və Azərbaycan arasında hərbi balansının dəyişməsi; ATƏT Minsk qrupunun orta və ya son status haqqında bəyanatlarının ərazilərin qaytarılması qarşılığında kifayət edən kompensasiya olmadığı; Azərbaycan referendum və Qarabağın statusu ilə bağlı aydın öhdəlik götürmür və bu məsələdə Prezident Əliyev Azərbaycanın Konstitusiyasına istinad edir. Məktub göstərir ki, Sərkisyan Rusiya tərəfindən hərbi-siyasi dəstək olmadan vəziyyətin kritik olduğunu başa düşüb, balans pozulduğu üçün müharibə qaçılmaz idi. Sərt mövqelər və illərlə cəmiyyətin beyninə yeridilmiş “milli mübarizə” ideyaları müharibədən qaçmağa imkan vermirdi”. Təhlildə o da vurğulanır ki, Serj Sərkisyan Rusiyadan gözlənilən hərbi-siyasi dəstəkdə də problem görürdü, əks halda bu məktuba ehtiyac qalmazdı: “Hərbi balans Rusiyanın Azərbaycanı aktiv şəkildə silahlandırması nəticəsində pozulmuşdu. Bundan başqa, Ermənistanın guya Qarabağ məsələsində Rusiyanın rəğbətini qazanmağa yönəlmiş birqütblü xarici siyasətinə baxmayaraq, 2016-cı ildə Ermənistan hakimiyyəti ilə Serj Sərkisyanı üz-üzə gətirən Rusiya xarici işlər naziri Sergey Lavrov (“Lavrov planı”) tərəfindən danışıqlar masası arxasında yanaşmalar irəli sürülüb. Ona görə də Serj Sərkisyan bu məktubu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları kimi ABŞ və ya Fransa prezidentlərinə deyil, Vladimir Putinin özünə ünvanlayır. Məhz bu məktubdan belə nəticə çıxara bilərik ki, Serj Sərkisyan 2016-cı ilin avqustunda ümidsiz vəziyyətdə olduğunu başa düşdü, Rusiya yanaşması dəyişməsə, müharibə qaçılmaz idi, hərbi balansın pozulması fonunda bundan qaçmaq mümkün deyildi, əslində, bu, əvvəlcədən proqnozlaşdırıla bilən nəticədir”. Ermənistan rəhbərliyi hesab edir ki, bütün danışıqlar 1991-ci il dekabrında keçirilmiş “Qarabağ müstəqillik referendumunun legitimliyi”ni şübhə altına alıb. Geri qayıt |