Əsas Səhifə > Güney Press > Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıb
Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıbBu gün, 16:58 |
|
Brüsseldə Avropa İttifaqı qurumlarında korrupsiya, mənimsəmə və digər şübhəli məqamlarla bağlı Belçika polisi tərəfindən aparılan araşdırma çərçivəsində Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Federika Moqerini saxlanılıb. APA xəbər verir ki, bu barədə “EURACTIV” məlumat yayıb. Qeyd edək ki, polis Aİ-nin diplomatik xidmət korpusuna, Avropa Kollecinə və şəxsi evlərdə axtarış aparıb. Moqerini 2020-ci ildən bəri Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir. Məqsəd Aİ nəzdində fəaliyyət göstərən orqanlarda mənimsəmə və korrupsiya ilə bağlı araşdırmanın aparılmasıdır. Geri qayıt |