|
2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddinin isə 6 milyard manat olacağı gözlənilir. Yeniavaz.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub. Qeyd edək ki, Qanun layihəsində il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində nəzərdə tutulub. Müqayisə üçün bildirək ki, bu ilin dövlət büdcəsində daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard, xarici dövlət borclanmasının yuxarı həddi 3,5 milyard, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 2 milyard manat təşkil edir.
Geri qayıt
|