Əsas Səhifə > Güney Press > Saakaşvili Gürcüstan hakimiyyətini ittiham etdi
Saakaşvili Gürcüstan hakimiyyətini ittiham etdiBu gün, 13:09 |
|
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ölkənin indiki hakimiyyətini təkcə Qərb tərəfdaşları ilə deyil, həm də ən yaxın qonşuları olan Ermənistan və Azərbaycanla münasibətləri pisləşdirməkdə ittiham edib. KONKRET.az xəbər verir ki, Saakaşvili bu barədə “Facebook” səhifəsində yazıb. “Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistandan gürcü QHT-lərini İrəvandan (indi gürcülərlə doludur, çünki əvvəllər Qərbin maliyyəsi ilə Gürcüstanda keçirilən konfransların hamısı İrəvana köçürülüb) qovmağı və onların hesablarını bağlamağı xahiş edir. Paşinyan hökuməti cavab verir ki, Ermənistanın xarici agentlər haqqında qanunu yoxdur və gürcülərin azadlığını məhdudlaşdırmaq üçün səbəb görmür. Öz növbəsində, Kobaxidze İrəvanı malların hərəkətinə məhdudiyyətlərlə hədələyir”, – Saakaşvili yazıb. Sabiq prezident Gürcüstan tərəfinin Azərbaycan üçün də problemlər yaratmağa başladığına diqqət çəkib. “Bu arada Tbilisi artıq Azərbaycan üçün malların daşınması ilə bağlı problem yaradıb. Azərbaycan mediası haqlı olaraq bunda Rusiyanın təsirini görür”, – Saakaşvili rəsmi Bakının haqlı qəzəbini vurğulayıb. Geri qayıt |