Əsas Səhifə > Güney Press > Şamaxının deputatı rayondakı durumla bağlı HARAY ÇƏKDİ
Şamaxının deputatı rayondakı durumla bağlı HARAY ÇƏKDİBu gün, 13:00 |
|
Şamaxının 30-a yaxın kəndində su problemi var, 10 kənddə isə vəziyyət kritikdir. "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib. Onun sözlərinə görə, hazırda Şamaxının bir nömrəli problemi su problemidir: "Qlobal iqlim dəyişiklikləri, eləcə də əhalinin sayının və tələbatının artması nəticəsində dünyanın əksər regionlarında içməli və suvarma suyu ilə bağlı problemlər kəskinləşib. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycanda su təchizatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılıb, çox mühüm işlər görülüb". Deputat qeyd edib ki, Şamaxı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində də kifayət qədər işlər görülüb: "Şamaxı şəhərinin su təchizatı tamamilə həll olunub. Bununla yanaşı, Şamaxının 30-a yaxın kəndində su problemləri bu gün hələ də qalmaqdadır. Buradan Baş nazirdən, hökumət nümayəndələrindən xahiş edirəm ki, bu kəndlərdən 10-unda vəziyyət daha kritikdir. Xahiş edirəm ki, gələn ilin dövlət büdcəsində bu kəndlərin bir neçəsinin su təchizatının yaxşılaşıdırlmasının maliyyələşməsi imkanına baxılsın". Geri qayıt |