Əsas Səhifə > Güney Press > Rusiyada azərbaycanlıya
Rusiyada azərbaycanlıyaBu gün, 11:58 |
|
Rusiyanın Zasviyajski rayon məhkəməsi Azərbaycan Respublikasının 51 yaşlı vətəndaşı barəsində cinayət işi üzrə ittiham hökmü çıxarıb. Kişi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, o cümlədən satışa cəhd və birbaşa satış faktlarında təqsirli bilinib. Lent.az yerli mediaya istinadla bildirir ki, iş materiallarına görə, bu il iyunun 19-da təqsirləndirilən şəxs messencerlərdən biri vasitəsilə aldığı göstərişlərə əsasən əvvəlcədən hazırlanmış gizli saxlancından sintetik narkotik vasitələri çıxarıb. O, götürdüyü maddələrin bir hissəsini tanışına satıb. “Həmin gün keçirilən operativ-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs Oktyabr küçəsindəki evlərin birinin yaxınlığında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub”, — deyə Ulyanovsk vilayət prokurorluğunun mətbuat xidməti bildirib. Məhkəmə araşdırması zamanı məhkəmə dövlət ittihamçısının mövqeyini tam dəstəkləyib və təqsirkarı 12 il müddətinə ciddi rejimli islah müəssisəsində azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bundan əlavə, məhkumdan 130 min rubl məbləğində cərimə tutulması qərara alınıb. Geri qayıt |