Əsas Səhifə > Güney Press > Kəmaləddin Heydərovun 6 müavini qaldı

Kəmaləddin Heydərovun 6 müavini qaldı


Bu gün, 10:01

Ötən gün fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev vəzifəsindən azad edilib. O, ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

Teymur Mehdiyev 2014-cü ildən sözügedən vəzifəni tuturdu.

General-mayor rütbəsi daşıyan Teymur Mehdiyev daha əvvəl gənclər, idman və turizm nazirinin müavini, mədəniyyət və turizm nazirinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb.

Modern.az-a istinadən xəbər verir ki, Teymur Mehdiyevin azad edilməsindən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 6 müavini qalıb.

Onlar aşağıdakılardır:

General-leytenant Rəfail Xalid oğlu Mirzəyev

19.02.1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Ailəlidir, 3 övladı var.

Tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadə

17.11.1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Ailəlidir, 3 övladı var

General-leytenant Etibar Böyükbəy oğlu Mirzəyev

30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.

Orucəli Məmməd oğlu Hacıyev

20.04.1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Tapdıq Əhliman oğlu Əmiraslanov

07.02.1978-ci ildə Moskva şəhərində anadan olub. ABŞ Hyuston Universiteti və St. Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir. Ailəlidir, 2 övladı var.

General-mayor Adil Ələsgər oğlu Abdullayev

21.09.1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.


Geri qayıt