Əsas Səhifə > Güney Press > "Bravo"da polietilen torbalar bahalaşdı

"Bravo"da polietilen torbalar bahalaşdı


Bu gün, 07:37

"Bravo" marketlər şəbəkəsində polietilen torbaların qiyməti qalxıb.

Yurd.Media-nın araşdırmasına görə, ölçüsünə görə 3-5 qəpik aralığında olan torbalar bugündən 5-7 qəpiyə satılır.

Analoji qiymət artımı hələki digər market şəbəkələrində müşahidə olunmayıb.

Qeyd edək ki, ölkədə polietilen torbaların təbiətə ziyan vurmasına görə istifadəsini azaltmaq məqsədi ilə 2023-cü il fevralın 15-dən pulsuz verilən polietilen torbaların pulla satışına başlanılmışdı.

Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir.


Geri qayıt