Əsas Səhifə > Güney Press > Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ

Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ


Bu gün, 17:51

Noyabrın 15-də Bakıda mənzillərə istilik verilməsinə başlanılıb, mərkəzi istilik sistemi ilə qızdırılan yaşayış binalarının istiliklə təmin olunduğu bildirilib. Lakin Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu təminatın ömrü bir gün çəkib.

Bizim.Media-ya müraciət edən qəsəbə sakinlərinin sözlərinə görə, Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yerləşən bəzi binalara istilik cəmi bir gün verilib. Noyabrın 16-dan isə istiliyin verilməsi səbəb göstərilmədən dayandırılıb.

Elman Qasımov küçəsi, bina 20 “B” ünvanında yaşayan sakinlərin dediyinə görə problem onlardan qaynaqlanmır.

Məsələ ilə bağlı “Azəristilik” ASC-yə sorğu ünvanladıq. Əraziyə gedən qurum əməkdaşları problemlə tanış olsalar da, onu həll edə bilməyiblər. Artıq yarım aydır istiliksiz qalan sakinlər kimdən kömək istəyəcəklərini bilmirlər və çarəsiz durumdadırlar.


Geri qayıt