Əsas Səhifə > Güney Press > Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idi
Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idiBu gün, 17:59 |
|
Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycanın xarici siyasət prioritetləri yenidən diqqət mərkəzinə çıxıb. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today”ə müsahibəsində həm Azərbaycan-Rusiya münasibətlərinə, həm də regionun gələcək siyasi arxitekturasına dair mühüm açıqlamalar verib. O bildirib ki, Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra yaranmış anlaşılmazlıq Düşənbədə dövlət başçıları arasında müzakirə olunub və Bakı Rusiyadan rəsmi üzr, tam istintaq, məsul şəxslərin cəzalandırılması və kompensasiya olmaqla dörd əsas tələb irəli sürüb. Hacıyev həmçinin Zəngəzur dəhlizinin açılmasının regional sabitlik və əməkdaşlıq üçün əhəmiyyətini vurğulayaraq, Bakı-Brüssel münasibətlərinin dərinləşməsinin Cənubi Qafqazda sülhə töhfə verəcəyini qeyd edib. Politoloq Yusif Bağırzadə mövzu ilə bağlı Sherg.az-aaçıqlama verib: "Hikmət Hacıyev mətbuata verdiyi açıqlamada həm Azərbaycan-Cənubi Qafqaz-Ermənistan münasibətlərinə, həm də Azərbaycan-Cənubi Qafqaz-Avropa İttifaqı münasibətlərinə toxunub. Faktiki olaraq son vaxtlar Bakı-Moskva arasındakı münasibətlərinin soyumasına səbəb Rusiyadır. Qeyd olunmalıdır ki, Azərbaycan bütün dövlətlərlə, xüsusilə də qonşu ölkələrlə münasibətlərini beynəlxalq hüquq çərçivəsində müəyyənləşdirir. Prezidentin köməkçisinin dörd prinsipial mövqedən çıxış etməsi də məhz beynəlxalq hüquq normalarına əsaslanır. Buna görə də Hikmət Hacıyev bu bəyanatı Brüsseldən beynəlxalq mətbuata təqdim edib. Düşənbədə İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüş zamanı Rusiya Prezidenti Azərbaycan Prezidentindən üzr istəyib. Bu münasibətlərin də beynəlxalq hüquq çərçivəsində formalaşması, eləcə də dörd əsas prinsip əsasında qəbul edilməsi vacibdir. Azərbaycan da məhz bu dörd prinsip üzrə münasibətlərin tənzimlənməsini Rusiyadan gözləyir. Politoloq Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı Ermənistan-Azərbaycan münasibətlərinə də aydınlıq gətirdiyini qeyd edib: "H.Hacıyev bir daha söyləyib ki, dəhlizin açılması Ermənistanı bir çox iqtisadi çətinliklərdən azad edə bilər. Hazırda Ermənistanın iqtisadiyyatı həm Rusiyadan, həm də Avropa İttifaqından asılı vəziyyətdədir. Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından və Zəngəzur dəhlizinin açılmasından keçir. Dəhliz açılacağı təqdirdə, bu, Ermənistanın müstəqilliyinin təminatçılarından biri kimi çıxış edə bilər. Siyasi aspektdən Bakı-Brüssel münasibətlərinin dərinləşməsi Cənubi Qafqaza stabillik gətirir. Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında ən böyük dövlətdir və münaqişədən sonra regionda sabitliyin əsas təminatçısıdır. Bu münasibətlərin inkişafı Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, kommunikasiya xətlərinin açılmasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edir". Geri qayıt |