Əsas Səhifə > Güney Press > AYNA bu yolu da bərbad hala saldı

AYNA bu yolu da bərbad hala saldı


Bu gün, 17:45

Yollarımızda AYNA-nın sərgüzəştləri davam edir. Tıxacı azaltmaq adı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agenbtliyi daha bir yolda tıxac yaradıb.

Tribuna.az yazır ki, bu barədə ictimai fəali Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Koroğlu Rəhimovdan gələn yol Müəllimlər İnstitutunun qabağında 1 tərəfli yola çevrilib ki, Koroğlu Rəhimovun tıxacı azalsın, amma bir tərəfdən də Həsən Əliyevdən gələn avtomobilləri salıblar dar küçəyə:

“Nəticədə tıxacın bir ucu az qala gedib “20 Yanvar”a çatır. Hələ üstəlik düz yol da təmirdədi, bağlıdı.
Nəticə, fiasko. Həsən Əliyevdən Koroğlu Rəhimovun sonuna qədər tıxacdı.
Birtərəfli yol kimin ideyasıdırsa çox bərbad ideyadı, günün 18 saatı tıxacdı, halbuki normalda ancaq pik saatlar tıxac olurdu”.


Geri qayıt