Əsas Səhifə > Güney Press > 9-cu sinif şagirdinin intiharının təfərrüatları məlum olub

9-cu sinif şagirdinin intiharının təfərrüatları məlum olub


Bu gün, 17:00

Ağcabədidə IX sinif şagirdinin intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bununla bağlı Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Sherg.az-a açıqlamasında danışıb.

K.Ağazadə bildirib kİ, əldə etdiyi məlumata görə, 9-cu sinif şagirdinin intiharına səbəb, heç də ehtimal edildiyi kimi açıq-saçıq fotolarının kimlərsə tərəfindən yayılması deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl Ağcabədidə IX sinif şagirdi qızın intihar etməsi xəbəri yayıldı. K.Ağazadə feysbuk səhifəsində paylaşım edərək xəbərin Ağcabədidən göndərildiyini bildirdi. K.Ağazadəyə göndərilən mesajın mətni isə belə idi: “Ağcabədidə 9-cu sinif şagirdi özünü asıb, 4 gün əvvəl. Səbəb bəlli eyil. Ehtimallar var. Qızın keçən il açıq şəkilləri yayılıb. Bununla bağlı məktəb rəhbərliyi ailəni çağırdı, danışdılar. Bu il qız dərslərinə ciddi yanaşırdı, oxuyurdu. Birinci gün məktəbə gəlmədi. Anası yeni əməliyyat olunduğu üçün icazə almışdı. 2-c gün də gəlmədi. Günorta öyrəndik ki, ana ilə ata xəstəxanaya gedib. Qız evdə tək olduğu vaxt özünü asıb. Onsuz da ö körpənin həyatı məhv oldu. Mənim arzum budur ki, onu o yola sürükləyənlər cəza alsın. Hansı ki şəkillərini paylaşıblar. Cəmiyyətdə adını kişi qoyub bu cür hərəkət edənlər cəza almalıd. Çox xahiş edirəm, adım anonim qalsın”. 

K.Ağazadə öz növbəsində hüquq-mühafizə orqanlarını, aidiyyətli qurumlardan hadisənin araşdırılmasını xahiş edirdi.

Sherg.az-a açıqlamsaında K.Ağazadə qeyd etdi ki, yeniyetmənin intiharına səbəb açıq-saçıq fotolarının guya kimlərsə tətərfindən paylaşılması xəbəri təsdiqini tapmayıb: “Bildiyim budur ki, Ağcabədidən məlumatlar aldığım zaman, uşağın heç bir probleminin olmadığı, amma ailəsində ona qarşı müəyyən davranışların sərgiləndiyi bildirilib. Orda heç bir açıq-saçıq şəkil olmayıb. Mən müəyyən adamlarla danışmışam. Yeniyetmə deyək ki bir dodaq boyası, ətir şəkli qoyub. Bunlara görə niyə uşağı linç etsinlər ki?!. Adi şəkillərdir”.

K.Ağazadə hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırmanın davam etdiyini bildirdi.


Geri qayıt