Əsas Səhifə > Güney Press > Bazarlardan yoxa çıxan KƏND YUMURTASI
Bazarlardan yoxa çıxan KƏND YUMURTASIBu gün, 16:46 |
|
Son günlər ölkədə yumurta qıtlığı və qiymət artımı ilə bağlı narahatlıq müşahidə olunur. Alıcıların sözlərinə görə, bazarlarda qiymətlər yüksəlib, bəzi rayonlarda isə kənd yumurtasının tapılması çətinləşib. Yenicag.az-a açıqlamasında Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, ölkədə sənaye üsulu ilə istehsal olunan yumurtada heç bir problem yoxdur. O, qıtlığın, əsasən, kənd yumurtasında müşahidə olunduğunu deyib. Ekspert bildirib ki bunun səbəbi qış aylarında yumurta istehsalının azalmasıdır.
Ətraflı videomaterialda: Geri qayıt |