Əsas Səhifə > Güney Press > Mənzil bazarında böhran olacaq?

Mənzil bazarında böhran olacaq?


Bu gün, 16:28

Bəzən sosial şəbəkələrdə mənzillərin qiymətinin aşağı düşəcəyi və bunun da fonunda sanki böhranın yaxınlaşacğı barədə fikirlər qarşımıza çıxır. Amma hələ ki mən bu tendensiyanı görmürəm.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Qiymətlərin demək olar ki, stabil olduğunu söyləyən ekspertin sözlərinə görə, ay ərzində 1 və ya 2% artım ola bilər:

“Buna da artım demək olmaz. Biz illik göstəricilərlə baxsaq, daha yaxşı olar. İlin əvvəli ilə bu günü müqayisə etsək, tıxminən 10-15% ətrafında qiymət artımını görürük. Yanvarda olan qiymətlərlə indini müqayisə etsək, 10-15%-dir. Köhnə mənzillərdə isə bu qiymət, təxminən 20%-ə yaxınlaşır. Yəni yanvarda 100 min manata olan mənzil hal-hazırda bazarda 120 min manata təklif olunur”.

R.Qasımzadə deyib ki, daha çox artım köhnə tikili olan, ipotekaya yararlı mənzillərdədir:

“Bu, ən çox “Leninqrad” layihəli, “Kiyev” layihəli, yəni 70-ci illərdən sonrakı mənzillərdir. Bir də 100 kvadratmetrə qədər olan yeni tikililər. Bəli, bunlarda qiymət artımı bir qədər digərlərindən nisbətən çoxdur”.

Ekspert söyləyib ki, 200 kvadrat metrdən çox olan mənzillərin qiymətində isə, demək olar ki, artım müşahidə olunmur:

“Çünki o mənzillər bahadır. 350 min manatdan yuxarı olan mənzillərdə qiymət artımı hiss olunmur, yəni yox dərəcəsindədir. Bu gün əsas tələbat qiyməti 350 min manata qədər olan mənzillərədir”.


Geri qayıt