Əsas Səhifə > Güney Press > Ləmana Türkiyədən gələn həkim də baxdı,

Ləmana Türkiyədən gələn həkim də baxdı,


Bu gün, 16:26

“Ləman Qulamovanın müalicəsi Yeni Klinikanın Reanimasiya şöbəsində davam etdirilir”.

Bu barədə“Sherg.az” a açıqlamasında jurnalist Xəyalə Rəis məlumat verib. O, Ləmanın vəziyyətinin ağır olaraq qaldığını və süni tənəffüs dəstəyi aldığını qeyd edib:

“Türkiyədən tanınmış həkim gətirmişik. O da baxdı və bildirdi ki, ümid Allaha qalıb. Bütün orqanları salamatdır, problem yalnız ağciyərlərindədir. Yanğın zamanı ağciyərləri ciddi zədələnib. Həkimlərin dediyinə görə gözləməkdən başqa çarə yoxdur”.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Ləman Qulamova Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yağın nəticəsində dünyasını dəyişən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır. Yanğın nəticəsində üç nəfər, o cümlədən Könül Vəlibəyli vəfat edib.


Geri qayıt