Əsas Səhifə > Güney Press > Daha bir rayonda DOST mərkəzi tikiləcək

Daha bir rayonda DOST mərkəzi tikiləcək


Bu gün, 16:22

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi (VÖEN – 1305817761) açıq müsabiqə elan edir.

"DİA-AZ" xəbər verir ki, müsabiqənin predmeti Masallı DOST Mərkəzinin tikintisi və avadanlıqların satın alınmasıdır. Ehtimal olunan qiymət 9 milyon 824 min 829 manat 66 qəpik təşkil edir.

Müsabiqə 29 noyabr 2025-ci il, saat 16:37-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 29 dekabr 2025-ci il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə və 17:00-da keçiriləcək.

İştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manatdır. Bu ödənişlər geri qaytarılmır.

Əlaqələndirici şəxs – Sücayət Əliyeva, aparıcı mütəxəssis
Telefon: +994 12 525 50 26
E-mail: sujayat.f.aliyeva@sosial.gov.az

İddiaçılar təkliflərini 29 dekabr 2025-ci il, saat 17:00-a qədər Bakı şəhəri, İ.Qutqaşınlı 86 ünvanına təqdim edə bilərlər.


Geri qayıt