Əsas Səhifə > Güney Press > Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİ
Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİBu gün, 15:57 |
|
Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyevlə bağlı qalmaqal davam edir. Ötən həftə məlum olub ki, Mehdiyev vaxtilə tutduğu bir sıra vəzifələrdən azad edilib. Modern.az-ın məlumatına görə, 12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən 797 nömrəli sərəncam imzalanıb. Sərəncamla bağlı bir sıra detallar "e-qanun" platformasında dərc edilən rəsmi sənədlərdə məlumat yer alıb. Sərəncama əsasən, Mehdiyevin adı 4 rəsmi sənəddən silinib: 1 Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında 3. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında 4. Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında. Beləliklə, Ramiz Mehdiyevin uzun illər formalaşdırdığı təsir mexanizmləri sistemdən mərhələli şəkildə çıxarılır. Dövlət institutları onun adı ilə bağlı bütün izləri hüquqi və inzibati müstəvidə təmizləyir. Artıq Mehdiyevin fəaliyyəti dövlətə xəyanət ittihamı fonunda qiymətləndirildiyi üçün onun adının rəsmi qurumlardan silinməsi həm siyasi, həm də institusional baxımdan qaçılmaz prosesdir. Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Geri qayıt |