Əsas Səhifə > Güney Press > Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu
Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğluBu gün, 15:55 |
|
General-mayor Qriqori Xaçaturova qarşı yeni ittihamlar irəli sürülüb və o, beynəlxalq axtarışa verilib. APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə 48 yaşlı general-mayor rüşvət verməkdə, həmçinin müharibə zamanı vəzifə səlahiyyətlərini aşmaqda və vəzifədən sui-istifadədə ittiham olunur. Qeyd edək ki, Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş Baş katibi general-mayor Yuri Xaçaturovun oğludur. O, 2021-ci ildə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir neçə yüksək rütbəli hərbiçilərdən biri olub. Geri qayıt |