Əsas Səhifə > Güney Press > Xanlarova buna əsasən işdən çıxarılıb
Xanlarova buna əsasən işdən çıxarılıbBu gün, 15:45 |
|
Öz ərizəsi və müraciəti əsasında əməkdar artist Mehriban Xanlarova ilə əmək müqaviləsinə xitam verilib. Bu barədə Kult.az-a Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib. Qurum əlavə açıqlama verməkdən imtina edib. Qeyd edək ki, Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin daha 6 ay vəzifəsində saxlanılmasına etiraz olaraq işdən çıxmaqla bağlı ərizə verdiyini bildirmişdi. Azdramdan ərizəyə 1 ay müddətində baxılacağı bildirilsə də, 3 gün ərzində M.Xanlarovanın işdən çıxmaqla bağlı istəyi təmin edildi. M.Xanlarova isə ərizəsinin qəbul edilməsindən təəccübləndiyini gizlətmədi və bunu gözlənilməz adlandırdı. Geri qayıt |